Bank BTB yeni biznes kartı təqdim edir - BOSS
(®) Bank BTB “BossCard” adlı biznes kartı təqdim edir.
Bankdan "Marja"ya daxil olmuş məlumata görə, “BossCard” biznes fəaliyyəti ilə bağlı xərclərin ödənişi üçün sahibkarlara və hüquqi şəxslərə pulsuz təqdim olunan ödəniş kartıdır.
Bu kart vasitəsilə müştərilər güzəştli nağdlaşdırma və internet vasitəsilə nağdsız ödəniş edə, həmçinin gömrük və digər rüsumları POS-terminalla ödəyə biləcəklər.
“BossCard” üzrə vəsaiti istənilən vaxt Cash-in vasitəsilə artırmaq olar. Kartın müddəti 36 ay təşkil edir. Hər müştəriyə bir ədəd “BossCard” hədiyyə olunur. Ümumilikdə isə müştəri bir neçə “BossCard” əldə edə bilər.
Üstəlik “BossCard” üzrə pulsuz İnternet bankçılıq və Mobil bankçılıq xidmətlərini aktivləşdirmək imkanı var.
Bundan başqa “BossCard” məhsulu üzrə kredit xətti imkanı da yaradılıb. Beləki, minimum 3 ay dövriyyə edən sahibkar və ya hüquqi şəxslərə 10000 AZN-dək kredit xətti ayrıla bilər. Kreditin müddəti maks 36 ay, kreditin illik faiz dərəcəsi isə 23% təşkil edir.
Qeyd edək ki, “BossCard” biznes kartı haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012) 946 zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI





















