ABŞ-dan Venesuela neft şirkətinə yeni sanksiya
ABŞ rəhbərliyi, Venesuelanın dövlət neft şirkəti PDVSA-ya yeni sanksiya tətbiq etmək qərarı verib.
"Marja" xəbər verir ki, ABŞ Xəzinə Nazirliyindən verilən açıqlamada, Venesuelanın dövlət neft şirkəti PDVSA-ya sanksiya tətbiq etmək qərarı verildiyi bildirilib.
Açıqlamada, qərarın, PDVSA-dan əldə edilən gəlirin Venesuela Prezidenti Nikola Maduroya getməsini əngəlləmək üçün verildiyi vurğulanıb.
PDVSA-nın ABŞ-dakı bütün vəsaitlərinin dondurulduğu qeyd edilən açıqlamada, Amerikalı şəxs və şirkətlərin PDVSA ilə iş görməsinin qadağan olunduğu da bildirilib.
ABŞ Xəzinə naziri Stivin Mnuçin, "ABŞ, müvəqqəti prezident Xuan Quaido, Venesuela Milli Məclisi və Venesuela xalqının demokratiyalarını yenidən qazanma səylərini dəstəkləmək üçün bütün diplomatik və iqtisadi vasitələrdən istifadə etməyə davam edir",- deyib.
Sanksiya qərarının, PDVSA-dan əldə edilən gəlirin Maduro tərəfindən idarə edilməsinə mane olacağını vurğulayan Mnuçin, beləliklə həmin gəlirlərin Venesuela xalqı üçün qorunacağını iddia edib.
Mnuçin, sanksiyaların, ancaq hakimiyyətin Madurodan demokratik seçilmiş hökumət və müvəqqəti prezident Quaidoya keçdikcə ləğv ediləcəyini bildirib.
ABŞ Xəzinə Nazirliyi, 15 Fevralda, PDVSA-nın Baş direktoru, Milli Kəşfiyyat Xidmətinin rəhbəri və Dövlət Başçısı Nikola Maduronun Təhlükəsizlik Xidmətinin rəhbərinin də aralarında olduğu 5 venesuelalı rəhbərliyini sanksiya siyahısına daxil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
27 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
-
33 d. əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 39 d. əvvəl
-
51 d. əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
-
1 saat əvvəl
Daha sərfəli Nağd Kredit - AccessBank 7% endirim kampaniyasını davam etdirir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Ən çox oxunanlar
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI



























