50% məhdudiyyət həyat sığortasına mənfi təsir göstərdi
Həyatın yığım sığortası ilə bağlı məhdudiyyət sığorta haqlarının azalmasına səbəb olub.
Həyatın yığım sığortasına ödənilən məbləğlər əvvəllər tam həcmdə gəlir vergisindən azad edilirdi. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları fiziki şəxslərin gəlir vergisindən azaddır. Eyni məhdudiyyət sosial sığorta haqları üzrə də mövcuddur.
“Marja” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar ayında könüllü həyat sığortaları üzrə 11 milyon 540 min manat sığorta haqları hesablanıb. Bu, 2018-ci ilin yanvar ayı ilə müqayisədə 31% azdır. Ötən ilin Yanvar ayında 16 milyon 702 min manat sığorta haqları toplanmışdı.
2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında həyatın yaşam sığortası (və ya həyatın yığım sığortası) 4 milyon 260 min manat və ya 34% azalıb. Ötən ilin yanvar ayında həyatın yaşam sığortası üzrə 12 milyon 623 min manat sığorta haqları hesablanmışdı.
2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında həyatın ölüm halından sığortası üzrə hesablanmış sığorta haqları 3 milyon 921 min manatdan 2 milyon 925 min manata düşüb.
Sığorta sinifləri | Sığorta haqları 2018 Yanvar | Sığorta ödənişləri 2018 Yanvar | Sığorta haqları 2019 Yanvar | Sığorta ödənişləri 2019 Yanvar |
Könüllü həyat sığortası üzrə, o cümlədən: | 16702,6 | 10995,5 | 11 540,6 | 7 442,0 |
həyatın yaşam sığortası | 12622,5 | 10944,4 | 8 363,5 | 7 339,2 |
həyatın ölüm halından sığortası | 3921,3 | 51 | 2 925,8 | 102,9 |
əmək qabiliyyətinin sığortası | 151,5 | 0,0 | 244,5 | 0,0 |
sağalmaz xəstəliklərdən sığorta | 7,2 | 0,0 | 6,7 | 0,0 |
2018-ci ilin Yanvar ayı ilə müqayisədə 2019-cu ilin Yanvar ayında icbari sığortalar üzrə hesablanmış sığorta haqları 4 milyon 705 min manat və ya 43% artaraq 15 milyon 606 min manat təşkil edib.
İcbari həyat sığortası olan “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üzrə hesablanmış sığorta haqları 1 milyon 767 min manatdan 2 milyon 242 min manata yüksəlib (27% artım).
3 həyat sığortası şirkətinin - “Atəşgah Həyat”, “Qala Həyat” və “PAŞA Həyat”ın hesabladığı sığorta haqları azalıb.
№ | Sığortaçının adı | Sığorta Haqları, 2018 Yanvar | Sığorta Haqları 2019 Yanvar | Artım+/-Azalma |
4 | “Atəşgah Həyat” Sığorta Şirkəti | 3,039 | 2,323.4 | - |
15 | “PAŞA Həyat Sığorta” | 14,475.7 | 10,875.7 | - |
17 | “Qala Həyat” Sığorta Şirkəti | 954.9 | 583.8 | - |
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 18 saat əvvəl
-
20 saat əvvəl
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
-
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
ABB İnvest ilə gələcəyə investisiya: UNEC tələbələri üçün təcrübə və karyera fürsətləri!
-
1 gün əvvəl
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Oktyabrın 26-da gözlənilən hava şəraiti
TREVA Real Estate ölkədə ilk dəfə daşınmaz əmlak brokerləri üçün ixtisaslaşdırılmış tədbir keçirdi
Azərbaycan neftinin son qiyməti
AzVak-da yeni vakansiyalar
Bakcell-in meqa lotereyasında 3-cü avtomobil uduldu!
Meyvə bağlarının aqrar sığortası dövrü başlayır – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Intel-in gəliri 3-cü rübdə artıb
ABŞ-ın sentyabr ayı inflyasiya rəqəmləri açıqlanıb
Metrologiya İnstitutunun rəhbərliyinə təyinat olub
Dolların bazar erətsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət Agentliyinə rəisi təyin edildi, ona “general-mayor” ali hərbi rütbəsi verildi
m10 və Binance Azərbaycanda birbaşa kripto-fiat əməliyyatlarını davam etdirir - BİRGƏ AÇIQLAMA
Rusiya Mərkəzi Bankı inflyasiya proqnozu pisləşdirib










.jpg)






.jpg)




.jpg)
