"Biz rəqabətə dözə bilmədik, “bankrot” olduq"
"Ölkəmiz inkişaf etdikcə yeni köşklər qoyulmağa başladı və biz rəqabətə dözə bilmədik, “bankrot” olduq".
Bunu “Qasid” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Mirkazım Kazımov bildirib.
"Müstəqillik əldə etdiyimiz dövrdə “Qasid” tək firma idi. Mən bu quruma rəhbər gələndə ölkəmizdə 75 qəzet çap olunurdu. Ancaq birdən-birə bu say 350-yə qalxdı. Son illər sosial şəbəkələr, saytlar açılandan sonra qəzetlərin bazarı öldü. Açığını sizə deyim ki, bu gün bir çox qəzet biri-birindən köçürür. Bu gün heç kim gedib 10 manat verib, qəzet alan deyil. Hər bir oxucunun da öz qəzeti var. Hansını sevirsə, onu alır. Bəzi qəzet sahibləri deyir ki, mənim qəzetimi niyə satmırsan? Ancaq düşünmür ki, mən ondan çox onun qəzetinin satılmasını istəyirəm. Çünki qəzet satılan zaman firmaya da vəsait daxil olur. Ölkəmiz inkişaf etdikcə yeni köşklər qoyulmağa başladı və biz rəqabətə dözə bilmədik, “bankrot” olduq",- Mirkazım Kazımov deyib.
Mirkazım Kazımov qeyd edib ki, “Qasid”in qəzetlərə borcu var:
"Bəli var. Çox qəzetlərə bizim borcumuz var. 1-2-si məni məhkəməyə də verib. “Azadlıq” qəzeti yazır ki, guya mən onların 70 min pulunu mənimsəmişəm. Ancaq mən onların qəpiklərinə də əl vurmamışam. Bunu özləri də bilir. Sadəcə anti-təbliğat aparırlar. “Yeni Müsavat”, “Azərbaycan” və bir neçə qəzet məni məhkəməyə verib. “Azadlıq” qəzeti isə bilir ki, mən onların pulunu mənimsəməmişəm və ona görə məhkəməyə verməyib".
O, "Ümumiyyətcə, “Qasid” firmasının qəzetlərə borcu çoxdurmu?" sualına "Bəli. Müəyyən məbləğ var" cavabını verib.
Mirkazım Kazımov borcun məbləğini açıqlamayıb:
"Çünki bunu dəqiq deyə bilmərəm. Hazırda demək olar ki, “Qasid” firması fəaliyyətini dayandırıb. Fəaliyyətimiz yoxdur. İşçilərin hamısı ixtisara düşüb".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Modern
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 d. əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
11 d. əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
-
20 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
10 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
17 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
23 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub





























