Tikinti şirkəti hökumətə müraciət etdi - "MƏNZİLLƏRİ BİZDƏN ALIN"
Bakıda fəaliyyət göstərən tikinti şirkətlərindən biri - "Yeni Zığ Yaşayış Kompleksi" Azərbaycanın dövlət qurumlarına müraciət edərək dövlət ehtiyacları üçün tələb olunan mənzilləri bu şirkətdən almağı təklif edib. Müraciətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlayan şirkətdən bildirilib ki, aztəminatlı və imtiyazlı təbəqələr üçün mənzil alışları ilə bağlı nazirliyə sərfəli təklif verə bilərlər.
"Yeni Zığ Yaşayış Kompleksində" 2 və 3 otaqlı mənzillər mövcuddur. 2 otaqlı mənzillərin sahəsi 99-106 kvadratmetr, 3 otaqlı mənzillərin sahəsi isə 110-114 kvadratmetr təşkil edir. Bu mənzilləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri və Qarabağ veteranlarına mənzil alışları üçün təklif edirik".
Qeyd edək ki, imtiyazlı təbəqələr üçün mənzillər tam təmirli və mətbəx mebeli ilə birlikdə verilir. Şirkətdən bildirilib ki, bu şərtləri qarşılamağa hazırdırlar: "Nazirliyin ilkin razılığı və marağı olarsa bu məsələləri tam detallı müzakirə edib lazımi təklif irəli sürə bilərik".
Xatırladaq ki, bir qədər əvvəl nazirlik imtiyazlı təbəqə üçün alınan evlərin qiymətini də açıqlamışdı. Nazir Sahil Babayevin sözlərinə görə, hədəf qiymət 1 kvadratmetr üçün 800 manat ətrafındadır. Şirkət bu qiymətə hazır olduğunu bildirir:"Həmin evləri tam təmirli olaraq kvadratı 800 manatdan təmin edə bilərik".
Şirkət bildirir ki, bununla bağlı nazirliyin elan etdiyi tenderə qatılmağa da hazırdır: "Kompleksin bütün sənədləri – tikintiyə icazə və ya rəsmiləşmə işləri tam qaydasındadır, lazımi bank qarantiyaları da təqdim edib tenderə qatılmağa hazırıq".
Şirkət hazırda nazirliyə ümumilikdə 100 mənzil təklif edə biləcəyini açıqlayıb. Bunlardan 60-ı 2 otaqlı, 40-ı isə 3 otaqlıdır.
"Yeni Zığ Yaşayış Kompleksi» Zığ qəsəbəsində yerləşir. 15 ədəd 10 mərtəbəli binadan ibarət olacaq. Hər binada 70-80 mənhilin olması nəzərdə tutulur. Kompleksin dövrd binası tam hazırdır və lazımi kommunal xidmətlərlə təmin edilib. Artıq həmin binalarda yaşayış da var. Kompleksdən dənizə və ətraf ərazilərə gözəl mənzərə açılır.
Kompleksin yaxınlığında bütün zəruri infrastruktur və sosial obyektkər – məktəb, ticarət mərkəzləri, xəstəxana, təcili yardım və bağça var. Gələcəkdə kompleksin binalarının aşağı mərtəbələrində yeni bağçalar da yaradılacaq. Kompleksin qarşısından iki istiqamətə "Neftçilər" və "Həzi Aslanov" metro stansiyalarına avtobus marşrutları işləyir. Kompleksdən şəhərin mərkəzinə cəmi 10 dəqiqəyə çatmaq mümkündür.
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
© FED
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
14 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
20 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























