Bir cütü 80-100 manata, yumurtası isə 2-3 manata satılır
Brama toyuğu Malay və Koçin irqlərinin cütləşməsindən alınan Asiya irqi, Hindistanın “Brahmarutra” bölgəsinə aid toyuq cinsidir. Onun xarici görünüşü çox maraqlı, gözəçarpan və gözəldir. Kiçik saqqalı, tüklənmiş ayaqları, isti və soyuğa davamlı olması, sakitliyi ilə digər ev quşlarından fərqlənir.
Son illər Lənkəranda brama toyuqlarına maraq artıb. Bunun əsas səbəbi bu ev quşlarının saxlanmasının iqtisadi baxımdan əlverişli olmasıdır.
Əgər fərdi quşçuluq təsərrüfatında bəslənən adi toyuqların bir cütünün qiyməti 20 manat olduğu halda, brama toyuqlarında isə bu rəqəm 80-100 manat təşkil edir.
Lənkəran rayonunun Vilvan kənd sakini Sərraf Səmədov uzun illər fərdi təsərrüfatında quşçuluqla məşğul olub. Bəslədiyi yerli toyuqların çəkisi, xəstəliyə davamlılığı onu qane etmədiyindən o, bir müddət bu sahədən uzaqlaşıb.
Sonralar şəxsi təsərrüfatını bərpa edən fermer Rusiyadan gətirdiyi 5 brama toyuğunu artıraraq 100-ə çatdırıb.
S.Səmədov brama toyuqlarının saxlanılmasının rahat və sərfəli olduğunu bildirib: “Bu toyuqların saxlanılması olduqca asandır, soyuğa, xəstəliyə dözümlü və qidalanmasının rahat olması onun alıcıların sayını durmadan artırır. Bu ev quşlarını satmaq üçün bazara çıxarmıram, alıcılar fərdi təsərrüfatımda saxladığım bu cins toyuqları və onların yumurtalarını böyük həvəslə alırlar”.
Brama toyuqların birinin çəkisi 5, bəzi hallarda isə 7 kiloqram olur. Fermerin bəslədiyi toyuqların içərisində çəkisi 5 kiloqramadək olan ev quşları çoxluq təşkil edir.
Brama toyuqları əvvəllər ətlik istiqamətində bəslənsə də, sonradan gözəl görünüşünə və sakit davranışına görə həvəskarlar tərəfindən bəzək quşu kimi saxlanılır.
Qiymətlərə gəlincə, brama toyuqlarının bir cütü 80-100 manata, yumurtasının isə bir ədədi alıcılara 2-3 manata təklif olunur.
© Azərtac
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 17 d. əvvəl
-
1 saat əvvəl
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
-
-
2 saat əvvəl
"İnflyasiya risklərinin artması səbəbindən FED faiz dərəcələrinin artırılmasına başlaya bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Martın 27-də gözlənilən hava şəraiti
Uçuş bileti qiymətlərində 560%-dək artım turizmi təhdid edir
Rusiyadan İrana göndərilən humanitar yardım Qaradağdan yola salınıb
Qeyri-müəyyənlik yüksək olaraq qalır, neft qiymətləri artır
Neft bazarında narahatlıq yaradan iddia: Tramp administrasiyasından 200 dollarlıq ssenari
Ən çox oxunanlar
Putin Rusiyadan külçə qızıl ixracını qadağan edib
Tramp: İran razılaşmaq istəyir, amma bunu deməyə qorxur
İran: ABŞ ilə heç bir danışıqlar aparılmır
Meta bu il ikinci ixtisar dalğasına başlayıb
Sony və Honda elektrik avtomobili layihəsindən imtina etdi
Müharibənin İspaniya şirkətlərinə gündəlik zərəri 5 milyard avrodur






















