Azərbaycanın sığorta bazarının lideri 8 yaşını qeyd edir
Bu gün Azərbaycanın sığorta bazarının lideri olan "PAŞA Həyat Sığorta" şirkəti yaranmasının 8 illiyini qeyd edir.
"PAŞA Holding" şirkətlər qrupuna daxil olan "PAŞA Həyat Sığorta" şirkəti 7 mln. manat nizamnamə kapitalı ilə təsis olunub. Şirkət Maliyyə Nazirliyinin müvafiq lisenziyası əsasında 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir.
Yaranmasından az müddət - 8 il keçməsinə baxmayaraq, şirkət düzgün strateqiya tətbiq etməsi nəticəsində öz yüksək inkişafı ilə sığorta bazarının lider şirkətləri sırasına qatılıb. Fəaliyətinin 8 ili müddətində şirkət nizamnamə kapitalını artırıraraq 40,250 mln. manata çatdırıb. Məhz bu inkişafın nəticəsi olaraq, "PAŞA Həyat" kapital və müxtəlif biznes-maliyyə göstəricilərinə görə Azərbaycanın həyat sığortası bazarının lider şirkətidir.
Biznes göstəricilərinə gəldikdə isə, həyat sığortası məhsulları üzrə toplanan yığımların həcminə görə bazarın əsas iştirakçısı olan "PAŞA Həyat" 2018-ci il ərzində 264,988 mln. manat həcmində sığorta haqqı ilə ölkə sığorta sirkətləri sırasında ilk yerdə qəraralaşıb. Qeyd olunan dövr ərzində şirkət 71 mln. manat həcmində sığorta ödənişləri həyata keçirib.
Ötən 8 il müddətində "PAŞA Həyat" uğulu fəaliyyəti nəticəsində bir sıra beynəlxalq mükafatlara da layiq görülüb. Fəaliyyətinin ilk illərindən başlayaraq həyata keçirdiyi sosial layihələr sayəsində "PAŞA Həyat" ictimai əhəmiyyətli qurum imicini qazanıb.
Hazırda "PAŞA Həyat" öz inkişafını yüksələn xətlə davam etdirir. Şirkət müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "həyatın müddətli sığortası", "istehsalatda bədbəxt hadisələrdən icbari sığorta", "yığım tərkibli yaşam sığortası", "sağalmaz xəstəliklərdən sığorta", geri ödənişli "pulum gəlsin", "davamlı təhsil" və digər könüllü həyat sığortası məhsulları təklif edir.
"PAŞA Həyat" şirkətini təbrik edir, uğurlarının bu il də davamlı olmasını arzulayırıq!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























