İstehsalatda 30 hadisə, 10 ölü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-fevral ayları ərzində istehsalatla əlaqəli 30 bədbəxt hadisənin (o cümlədən qrup halında baş vermiş 1 istehsalatla əlaqəli bədbəxt hadisənin) qeydiyyatı aparılıb.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər xəsarət alıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrin əsasən tikinti, mədənçıxarma, emal, enerji, nəqliyyat və s. sektorlarında baş verdiyi müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı aidiyyəti üzrə təhqiqat işlərinin aparılmasını təmin edib.
“Qeyd olunan hadisələrin təhqiqatı zamanı həmin iş yerlərində əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydalarının, işçilərin həyat və sağlamlığının qorunması üçün önləyici tədbirlərin lazımi səviyyədə təşkil olunmadığı, bir sıra hallarda işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və hətta əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmadığı faktları aşkar olunub. Aparılmış təhqiqat işlərinin nəticələri əsasında qanunvericiliyə uyğun şəkildə tədbirlərin görülməsi təmin edilib.
Son illərdə xidmətin fəaliyyətinin mühüm bir istiqaməti də iş yerlərində əməyin mühafizəsi norma və qaydalarının tətbiqi ilə bağlı işəgötürənlər arasında təbliğat-maarifləndirmə tədbirlərinin təşkilinə, onların müvafiq mövzuda məlumatlılıq səviyyələrinin artırılmasına yönəlib”, - deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, ötən ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidməti işəgötürənlərin istifadəsinə verilib. Bu e-xidmət istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməsi prosesinin elektron qaydada həyata keçirilməsinə, bu sahədə işəgötürənlərin imkanlarının genişlənməsinə, istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə şərait yaradıb.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
43 d. əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Ən çox oxunanlar
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib





















