Fermerlərin məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları artacaq
Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib.
Toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov qabaqcıl, təcrübəli fermerlərindən təşkil olunmuş Fermerlər Şurasını çox faydalı format adlandırıb.
İştirakçılara DAİM-lərin iş prinsipləri, Aqrar Xidmətlər Agentliyinin yaradılması zərurəti¸ Aqrar Kredit və İnkişaf Agentliyinin əsas funksiyaları, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin qarşısına qoyulmuş vəzifələr, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin üstünlükləri barədə geniş məlumat verilib.
Nazir İnam Kərimov fevralın 15-dən kənd təsərrüfatı texnikasının yeni qaydalarla satışına başlanacağını xatırladıb. O qeyd edib ki, artıq güzəştli qaydalarla satış bütün təchizatçı şirkətlərə tətbiq olunacaq, yeni qaydalar kənd təsərrüfatı texnikası bazarında ədalətli rəqabət mühiti formalaşdıracaq.
Fermerlər Şurasının üzvləri aqrokimya laboratoriyalarının fəaliyyəti, texnikaların yeni qaydalarla satışı, kooperativlərin yaradılması zərurəti, əkin zamanlı sertifikatlı toxumdan istifadə, gübrə və herbisidlərlə təminat, aqrar xidmətlərin elektronlaşdırılması, Aqrar İnkişaf Könüllüləri Hərəkatının fəaliyyəti, “2019-2023-cü illərdə regionların sosial-iqtisadi İnkişafı” Dövlət Proqramından irəli gələn vəzifələr ətrafında fikir mübadiləsi aparıblar.
Tanınmış fermerlərdən Bayram Əlləzov, Fatma Hüseynova, İldırım Məmmədov, Rafət Abbasov və digərləri Fermerlər Şurasının gələcək inkişaf planları ilə bağlı fikirlərini bölüşüblər, Şura üzvlərinin regionlarda fəaliyyətlərinin artırılması ilə bağlı rəy və təkliflərini irəli sürüblər.
Daha sonra Fermerlər Şurasının üzvləri üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib. Bildirilib ki, bütün xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq. Bu sistem xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək.
Toplantının sonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasına yeni üzvlər qəbul olunub. Qeyd edək ki, Fermerlər Şurasının tərkibinin 1/3 hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
15 d. əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
1 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
-
1 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 1 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
4 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
4 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı























