“Bank Respublika”nın sosial layihəsi Milli KSM mükafatı qazanıb
(®) Yanvarın 29-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, PROAKTİV PR şirkəti və Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai Birliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq təşkil olunan “Milli KSM Mükafatı 2018” müsabiqəsinin Qala Gecəsi keçirilib.
Müsabiqəyə ölkəmizdə müxtəlif sektorlarda fəaliyyət göstərən təhsil, bank, səhiyyə, mobil oprerator, sığorta şirkətləri son 2 ildə həyata keçirdikləri layihələri təqdim edib. Qaliblər Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi, Azərbaycan Respublikası Təhsil nazirliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyi və digər dövlət qurumlarının nümayəndələrindən ibarət komisiya tərəfindən müəyyən edilib.
2018-ci ildə sosial, təhsil, maliyyə savadlığı sahəsində bir çox faydalı və uğurlu layihələr həyata keçirən Bank Respublika, ötən il Novruz bayramı ərəfəsində ölkəmizin müxtəlif regionlarında yerləşən uşaq evləri və internat məktəblərində həyata keçirdiyi “Şən Çərşənbə” layihəsi Milli KSM mükafatına layıq görülüb!
Layihə çərçivəsində bankın əməkdaşları Novruz bayramının hər çərşənbə axşamı Şəki, Lənkəran və Gəncə şəhərlərində yerləşən uşaq evlərində balaca fidanlar üçün Kosa və Keçəlin iştirakı ilə bayram şənliyi təşkil edib, onlara bayram sovqatları paylayıblar.
Bankdan verilən məlumata əsasən Bank 2019-cu ildə də "Korporativ Sosial Məsuliyyət" proqramı çərçivəsində kimsəsiz uşaqların, idman, mədəniyyət və təhsil sahəsinin dəstəklənməsi istiqamətində layihələr həyata keçirməyə davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 17 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























