ASK-da struktur dəyişikliyi aparılıb
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.
"Marja"nın konfederasiyaya istinadən verdiyi xəbərə görə, iclasda Konfederasiyanın cari ildə iş planı, üzvlük strategiyasının hazırlanması, ASK-nın ümumi strukturunun, komissiyaların və regional nümayəndəliklərin təşkili və 2019-cu ildə ASK-nın təsis edilməsinin 20-ci il dönümü ilə əlaqədar tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
Struktur dəyişikliyi çərçivəsində Konfederasiyanın İctimaiyyətlə əlaqələr və kadrlar şöbəsinin Dövlət orqanları və Sahibkarlarla iş şöbəsi ilə birləşdirilərək Sahibkarlarla iş və kommunikasiya şöbəsi, Hüquq və əmək münasibətləri şöbəsinin Hüquq və sosial tərəfdaşlıq şöbəsi, Beynəlxalq əlaqələr və Biznesin İnkişafı şöbəsinin Beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsi adlandırılması təklif olunub. (Təklif edilən struktur və onun tərkibi emaila əlavə olunub). Bundan başqa qeyd olundu ki, yaxın vaxtlarda ASK yeni ünvanda fəaliyyət göstərəcək və bunun üçün artıq razılaşma əldə olunub. Qeyd edək ki, hazırda ASK Bakı şəhəri, Həsən Əliyev küçəsi 57 ünvanında icarəyə götürülmüş binada fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 15 saat sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 5 saat əvvəl
-
6 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























