SOCAR neft və qaz hasilatını artırıb
-SOCAR il ərzində 160 min metrdən artıq qazma işi həyata keçirmişdir
-SOCAR-ın qaz hasilatı əvvəlki il ilə müqayisədə 7,2% artmışdır
-Ölkə üzrə 38,8 milyon ton neft və 30,49 milyard kubmetr qaz hasil edilmişdir
-2018-ci ildə SOCAR tərəfindən 23,88 milyon ton xam neft , 1,8 milyon neft emalı və neft-kimya məhsulları , 1,42 milyard. kubmetr qaz ixrac edilmişdir
-Ötən il şirkət reallaşdırdığı təbii qazın 89%-ə yaxın hissəsini Azərbaycanın daxili tələbatına yönləndirərək, ölkədaxili tələbatı tam təmin etmişdir
2018-ci il üzrə SOCAR-ın əsas effektivlik göstəriciləri üzrə artım davam etmişdir.
Şirkətin yaydığı məlumata görə, il ərzində SOCAR tərəfindən, əməliyyat şirkətləri və birgə müəssisələr istisna olmaqla, 160 min metrdən artıq qazma işi həyata keçirilmişdir ki, bu da əvvəlki ilin müvafiq göstəricisi ilə müqayisədə 16,6% çoxdur.
2018-ci ildə SOCAR üzrə hasilat 7,54 milyon ton neft , 6,53 milyard kub metr qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,6% və 7,2% nisbətində yüksəlmişdir.
Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 milyon ton neft və 30,49 milyard kubmetr təbii qaz hasil olunmuşdur. Beləliklə illik neft hasilatı nisbətən sabit qalmış, qaz hasilatı isə 6,6% artmışdır.
Ötən il SOCAR tərəfindən 23,88 milyon ton xam neft ixrac olunub. Eyni zamanda Azərbaycandan 1,8 milyon ton emal olunmuş neft və neft-kimya məhsulu ixrac edilmişdir.
SOCAR 11,2 milyard kubmetr həcmində təbii qazı Azərbaycanın daxili tələbatının təminatı məqsədi ilə istifadə etmişdir. Beləliklə birbaşa SOCAR tərəfindən bazarlarda reallaşdırılan təbii qazın 89%-ə yaxın hissəsi məhz Azərbaycanın daxili tələbatına yönləndirilərək, daxili tələbat tam ödənilmiş, qalan 2 milyard kubmetrə yaxın qaz həcmi qaz anbarlarına vurulmuş, 1,42 milyard kubmetr təbii qaz isə birbaşa SOCAR tərəfindən Türkiyə və Gürcüstan bazarlarına ixrac edilmişdir.
Ötən il respublika üzrə təbii qazın ümumi ixracı 9,44 mlrd. kubmetr təşkil etmişdir ki, bu da 2017-ci illə müqayisədə 11% çoxdur. Bütün ixracatçılar tərəfindən Türkiyə bazarına ümumilikdə 7,23 milyard, Gürcüstan bazarına isə 2,21 milyard kubmetr təbii qaz ixrac olunmuşdur.
SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə demişdir: “Kəşfiyyat-hasilat layihələrinə sərmayə qoyuluşlarını davam etdirməklə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı əlverişli məqamda bazara daha çox məhsulun çıxarılmasına nail ola bilərik. Azərbaycanda yeni qaz-kondensat yataqları kəşf olunur. Bu isə gələcəkdə qaz hasilatının xeyli artırılmasına imkan verəcəkdir.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























