Sahibkarlar dəmir yolu tariflərinin yüksək olmasından narazıdır
"Yaz-payız aylarında nəqliyyat vasitələrinin çatışmazlığı səbəbindən kənd təsərrüfatı məhsullarını dəmir yolu ilə ixrac edirik".
Bunu bu gün “Şəmkir Food Export” şirkətinin direktoru Tahir Hüseynov "Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.
O, dəmir yolu ilə daşınma xərclərinin yüksək olmasından şikayətlənib: "Məhsulları Yalama stansiyasından dəmiryolu ilə Dağıstana daşıyırıq, ordan da yüklər yerli maşınlarla daşınır. 2008-ci ildə dəmir yollarında rəqabət var idi. Məsafə yaxınlığına görə məhsulların daşınması üçün Xudat və Yalama stansiyalarından istifadə edilirdi. Amma Xaçmaz stansiyasından istifadə edilmirdi. Stansiya rəisi olan şəxs hansısa imkanlarından istifadə edib yenilik etdi. Daşınma haqqı 101 km üçün 700 dollar müəyyən edildi. Üstəlik, vaqonların icarəyə götürülməsi haqqı 800 dollar müəyyənləşdirildi. Amma bu gün Xudat stansiyasından sərhəddə qədər 21 km yük daşıyırıq. Ona görə biz hər vaqondakı 50-55 ton yükə görə hardasa 700 dollara yaxın pul ödəyirik. Əslində isə 180 manat ödəməliyik. Dəmiryolunda daşıma ilə bağlı “ADY Express” və başqa şirkətlər yaradılıb. Ötür-ötürlə daşınma qiymətləri qalxıb. Sərhəddən Dərbəndə qədər məsafə 50 kilometrdir. Buna görə isə 350 dollar ödəyirik. 2018-ci il bitib və vaqonlar boş qalıb deyə böyük cərimələr yazılıb".
İqtisadiyyat naziri Şahin Mustafayev isə deyib ki, bu həftə ərzində "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinin iştirakı ilə görüş keçiriləcək: "Tariflərin müəyyən olunması təbii ki, qurumun səlahiyyətindədir. Amma bu məsələlərlə bağlı görüş keçirərik və problemi yoluna qoymağa çalışarıq".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
15 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək






















