“Nar” Türkdilli Dövlətlərin PR mütəxəssislərinin I Bakı Forumuna dəstək oldu
“Nar” Azərbaycanda keçirilən Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumuna dəstək olub və telekommunikasiya tərəfdaşı kimi çıxış edib.
Forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan PR mütəxəssisləri iştirak edib. Üç sessiyadan ibarət olan forumda ictimaiyyətlə əlaqələrin müxtəlif sahələrinə və aktual məsələlərinə dair təqdimatlar olub. Çıxış edən spikerlər hər bir dövlətin öz məhsulunu dünyanın müxtəlif ölkələrində tanıtması ilə bağlı düzgün PR-ın aparmasından, PR-da strateji yanaşmalardan, Türkdilli ölkələrdə PR-ın vəziyyətindən danışıblar. Eyni zamanda bildirilib ki, hər bir təşkilat və şirkətin uğurlu fəaliyyəti üçün sistemli və davamlı PR fəaliyyətinin aparılması əhəmiyyətlidir.
“Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu peşəkarların PR sahəsində yeni tendensiyaları müzakirə etməsi baxımından əhəmiyyətlidir: “Forum Azərbaycan məhsullarının tükdilli ölkələrlə yanaşı, dünyada tanıdılması baxımından vacibdir. Bu cür tədbirlər peşəkar mütəxəssisləri bir araya toplamaqla, həm öz təcrübəmizi bölüşməyə, həm də gələcək addımları müzakirə etməyə kömək edir”.
Qeyd edək ki, Forumun əsas məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında əməkdaşlığı genişləndirmək, PR-da strateji yanaşmaları, mövcud problemləri, perspektivləri müzakirə etmək və bu sahənin inkişafına dəstək olmaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























