"Karbamidin tonunun qiyməti 320-350 dollardır, hazırda qiymətlər düşüb"
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücündə işləməyə başlayacaq.
Bunu Karbamid zavodunun direktoru Xəyal Cəfərov bildirib.
“Karbamid zavodu tam gücünə mart ayında çıxacaq. Zavod tam gücü ilə işləməyə başladıqdan sonra ixrac üçün imkan yaranacaq. Öncə isə daxili tələbat ödəniləcək”, - deyə zavodun direktoru vurğulayıb.
Onun sözlərinə görə, ildə 500 min ton karbamidin ixracı nəzərdə tutulur və bu həcmin böyük hissəsi Türkiyə bazarına yönəldiləcək: “Türkiyə hazırda azot gübrəsinin ən böyük idxalçılarından biridir. Bundan başqa, Qara dəniz ətrafındakı ölkələrdən, xüsusilə Ukrayna və digər ölkələrin şirkətlərindən karbamidə tələbat var”.
X.Cəfərov ixracın həm yük avtomobilləri, həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti ilə həyata keçiriləcəyini bildirib. O qeyd edib ki, hazırda BTQ-yə birləşdirilməsi nəzərdə tutulan dəmiryolu xətti (təxminən 800 metr uzunluğunda - REP) inşa edilir və bu xəttin inşasının 6 aya yekunlaşması gözlənilir.
“Məhsulun BTQ vasitəsilə ixracı ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə danışıqlar aparılır. Xətt tam işə düşdükdəm sonra karbamidin dəmiryolu ilə ixrac ediləcəyi gözlənilir. Əvvəlcə ixrac böyük tonnajlı avtomobillər vasitəsilə həyata keçiriləcək. Lakin həcmin çoxluğu və müəyyən qənaət baxımından dəmiryolu sərfəli olduğundan ona daha çox üstünlük veriləcək”,- X. Cəfərov bildirib.
Karbamidin qiymətinə gəlincə isə zavodun direktoru qeyd edib ki, hazırda Qara dəniz bazarında karbamidin 1 tonunun qiyməti 320-350 dollar civarındadır: “Bu qiymətlərin artacağını gözləyirik. Hazırda qiymətlər 5 il əvvələ nisbətən azalıb. Bu isə yeni karbamid zavodlarının inşasına görə bazarda böyük həcmdə təklifin olması ilə əlaqədardır. Lakin düşünürük ki, bundan sonra təklif azalmağa doğru gedəcək. Bu da qiymətin artımına gətirib çıxaracaq”.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR karbamid” zavodu yanvarın 16-da istifadəyə verilib.
Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.
İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur. Bunun isə ölkəyə hər il 160 mln.dollara qədər əlavə gəlir gətirməsi gözlənilir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























