Kommersiya hüquqi şəxslərin qeydiyyatı proseduru daha da sadələşdirilib
Bu il yanvarın 1-nə olan məlumata görə, ölkədə vergi ödəyicilərinin sayı 970 340 nəfərə çatıb.
Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib. Nazir lik rəsmisi bildirib ki, bunların 125 min 144-ü hüquqi şəxs, 845 196-sı isə fiziki şəxsdir: “Bilirsiniz ki, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması Azərbaycan Vergilər Nazirliyinə tapşırılıb. Əvvəllər bu yalnız "bir pəncərə" sistemi ilə həyata keçirilirdi. 2012-ci ildən isə biz həm də elektron şəkildə hüquqi şəxsləri qeydiyyata almağa başladıq. Təkcə onu deyim ki, ötən il 11 min kommersiya hüquqi şəxs qeydiyyata alınıb ki, onların da 70%-i elektron şəkildə həyata keçirilib".
Ə.Məmmədov kommersiya hüquqi şəxslərin qeydiyyatı prosedurunun daha sa sadələşdirildiyini qeyd edib: "Bilirsiniz ki, bir müddət əvvəl “Doing Business 2019” hesabatı açıqlandı. Bu hesabatda "biznesə başlama" indikatoru üzrə biz 18-ci pillədən 9-cu pilləyə qalxmışıq. 2019-cu ilə qədər 3.5 günə 3 prosedur həyata keçirməklə biznesə başlamaq olurdu. Hazırda bu prosedurların sayını 1-ə endirilib. Yəni, artıq FİN kod vasitəsi ilə heç bir “Asan imza”, yaxud “Elektron imza” almadan qeydiyyat həyata keçirilir. Lakin vergi ödəyicisi olmaq istəyən şəxslər, eyni zamanda, həm də “Asan imza” və “elekton imza” vasitəsilə də qeydiyyata alına bilirlər".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 17 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























