Neftçala Avtomobil Zavodu proqnozuna əməl edə bilmədi
2018-ci ildə Azərbaycanda cəmi 969 ədəd minik avtomobili istehsal edilib (daha doğrusu yığılıb).
Xatırladaq ki, 2018-ci ilin yanvar-noyabr ayları (11 ayda) ərzində Azərbaycanda 794 ədəd minik avtomobili istehsal edilmişdi. Beləliklə, Dekabrda istehsal 175 ədəd artıb. Noyabrda artım 184 ədəd təşkil etmişdi.
“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, minik avtomobili istehsalı 2017-ci ilə nisbətən ötən il 32,4 dəfə artıb.
01.01.2019-cu il vəziyyətinə, bu il istehsal edilmiş 969 ədəd minik avtomobilinin 193 ədədi anbarlarda olub. 01.12.2018-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 179 ədəd təşkil etmişdi. Beləliklə, anbarda yığılan minik avtomobillərinin sayı 14 ədəd artıb.
Qeyd edək ki, yerli avtomobillərin əsas alıcıları dövlət qurumlarıdır.
Bu ilin Martında Neftçala Avtomobil Zavodu (Khazar) işə düşüb. Həmçinin Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da (NAZ-Lifan) fəaliyyət göstərir.
“Azərmaş” ASC-yə məxsus Neftçala Avtomobil Zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda 2018-ci ildə 1500 ədəd avtomobil istehsal edilməsi nəzərdə tutulurdu. Ötən il Azərbaycanda 2 avtomobil zavodu tərəfindən cəmi 969 ədəd minik avtomobili istehsal edildiyi nəzərə alındıqda, Neftçala Avtomobil Zavodu proqnoza əməl edə bilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 19 d. əvvəl
-
53 d. əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"























