Bu bank zərərdən mənfəətə keçdi - GÖSTƏRİCİLƏRİNİ AÇIQLADI
“Turanbank” ASC 2018-ci ili 70 min manat xalis mənfəət ilə başa vurub. Halbuki Bank, 2017-ci ili 725 min manat zərər ilə bağlamışdı.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci ildə “Turanbank”ın cəmi gəlirləri 33 milyon 925 min manat, o cümlədən faiz gəlirləri 30 milyon 931 min manat, qeyri-faiz gəlirləri 2 milyon 994 min manat təşkil edib.
Ötən il cəmi xərclər 33 milyon 193 min manat təşkil etdiyindən Bank il üzrə 732 min manat əməliyyat mənfəəti əldə edib. Əməliyyat mənfəətinin 662 min manatı ehtimal olunun depozit və kredit itkiləri üzrə ehtiyatlara ayrılıb. Nəticədə Bank ötən ili 70 min manat xalis mənfəət ilə bağlayıb.
2017-ci ildə “Turanbank”ın cəmi gəlirləri 33 milyon 639 min manat, o cümlədən faiz gəlirləri 29 milyon 479 min manat, qeyri-faiz gəlirləri 4 milyon 160 min manat təşkil etmişdi. Beləliklə, 2017-ci illə müqayisədə ötən il “Turanbank”ın faiz gəlirləri artıb, qeyri-faiz gəlirləri azalıb.
2017-ci ildə “Turanbank” 33 milyon 216 min manat xərc çəkmiş, 422 min manat əməliyyat mənfəəti əldə etmiş, ehtiyatlara 1 milyon 148 min manat ayırmışdı. Bank həmin ili 725 min manat zərər ilə bağlamışdı.
BANK BÖYÜYÜB
2017-ci illə müqayisədə ötən il “Turanbank”ın müştərilərə verdiyi kreditlər 46 milyon 309 min manat və ya 17,4% artaraq 313 milyon 80 min manata çatıb.
31 Dekabr 2018-ci il tarixində “Turanbank” 492 milyon 606 min manat cəmi aktivlərə malik olub. Bank 2017-ci ilin sonunda 477 milyon 316 min manat cəmi aktivlərə malik idi.
2017-ci ilin sonu ilə müqayisədə 2018-ci ildə "Turanbank"da müştərilərin depozitləri 26 milyon 442 min manat və ya 11,6% artaraq 253 milyon 785 min manata yüksəlib.
Ötən ilin sonunda “Turanbank”ın 63 milyon 542 min manat məcmu kapitalı olub.Bu da minimum tələb olan 50 milyon manatdan yüksəkdir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 9 d. əvvəl
-
- 23 d. əvvəl
- 26 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti





















