Bakıda restoranlar və iaşə obyektlərində monitorinq keçirilib
Mətbuat nümayəndələri təmizləyici qurğular quraşdırılan restoranlar və iaşə obyektlərindəki vəziyyətlə bağlı aparılan monitorinqlərdə iştirak ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri media nümayəndələrinin iştirakı ilə paytaxtın Nizami rayonu ərazisindəki Çobanzadə küçəsində yerləşən bir neçə iaşə obyektinə baxış keçirib, atmosferə atılan tullantılarla bağlı son vəziyyət müşahidə edilib.
Müşahidələr zamanı sözügedən ünvanda yerləşən restoran və şadlıq saraylarında təmizləyici qurğuların quraşdırıldığı məlum olub.
Ərazidə taksi sürücüsü işləyən Elvin Bağırov deyib ki, əvvəlki vəziyyətlə indiki arasında fərq çoxdur: "Əvvəllər iy-qoxu, qatı tüstü çox olurdu. Düzdür, indi də az da olsa, qoxu hiss olunur, amma fərq çoxdur. Yəni irəliləyiş var. Əvvəllər axşam yeddidən sonra tüstüdən yolu da görmək olmurdu. Paltarımızdan da kabab iyi gəlirdi. Gərək elə dövlət başçısı deyəydi, sonra görərdilər bu işləri?".
Sakin Həmayil Əliyevanın sözlərinə görə, əvvəllər ətrafı bürüyən tüstü və iy-qoxudan dayanmaq olmurmuş: "Şikayət də etmişdik dəfələrlə. İy-qoxudan evdə otura bilmirdik, pəncərəmizi açıq qoya, paltar sərə bilmirdik. Hazırda vəziyyət yaxşıdır, səsimizi eşidənlərə, hökumətimizə təşəkkür edirik. Hamının balası təmiz hava qəbul etsin, elə yaşasın".
Müşahidələr zamanı vəziyyətdən razı olmadığını bildirənlərə də rast gəlinib. Şəhər sakini Yaşar Məmmədov bildirib ki, kababın iyi yenə də hiss edilir: "Əvvəlkinə baxanda bir az dəyişiklik var, amma iy hələ də gəlir, yaxşı olardı ki, borular lap yuxarıdan qoyulsun".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli monitorinq departamentinin direktoru Ramal Bağırov deyib ki, monitorinqlər yenə də davam edir: "Qurğuların quraşdırılması işinə 80-90 faiz nail olunub. Amma qurğunun quraşdırılması sıfır tullantı demək deyil, müəyyən olunan norma var, norma daxilində də müəyyən iyin və tüstüyə bənzər buxarın olması normal haldır".
Mütəxəssis bildirib ki, daim olaraq monitorinqlər aparılacaq, çünki qurğunun normal işləməsi və havaya normadan artıq tullantı buraxmaması üçün mütəmadi servis xidmətləri göstərilməlidir, filtirlər təmizlənməlidir".
Qeyd edək ki, monitorinqlər növbəti günlər şəhərin digər ərazilərində davam etdiriləcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
9 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 9 saat əvvəl
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
12 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
12 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























