"Şirkət rəhbərləri işçilərin çıxışlar, aksiyalar təşkil edəcəyindən əndişələnirlər"
“2018-ci ildə həmkarlar ittifaqı təşkilatları daha da inkişaf edib, say tərkibi artıb. Bir çox sahələrdə iş yerlərində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına nail olmuşuq. Ümumiyyətlə, həmkarlar ittifaqı təşkilatları olmayan iş yerlərində, eyni zamanda yeni yaradılan iş yerlərində həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına çalışırıq”.
"Marja" xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib.
“Bu gün həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı qarşılaşdığımız ən böyük problem tikinti sahəsindədir” deyən Səttar Möhbalıyev sözlərinə belə davam edib:
“Məsələn, tikinti şirkəti bir bina inşa edir və tikinti qurtarandan sonra işçilər buraxılır və təbii ki, həmkarlar ittifaqı təşkilatı da dağılır. Bir müddətdən sonra həmin şirkət yeni bir bina tikməyə başlayır və biz yenidən danışıqlar aparıb həmkarlar ittifaqı təşkilatı yaratmağa çalışırıq. Yəni daimi iş yerlərinin olmadığı sahələrdə həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı problemlər olur.
Möhbalıyev əlavə edib ki, Konfederasiya bütün şirkətlərdə həmkarlar ittifaqı təşkilatı yaratmağa çalışır:
“Həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin üstünlüklərini onlara izah edirik. Bir sıra hallarda isə yeni yaradılan müəssisə və təşkilatların özləri könüllülük prinsipləri əsasında həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı bizə müraciət edirlər. Ümumiyyətlə, hansı şirkət və ya müəssisə uzunmüddətli fəaliyyət göstərmək istəyirsə, həmkarlar ittifaqı təşkilatı yaratmaqda maraqlı olmalıdır. Təşkilat və müəssisələrin həmkarlar ittifaqı təşkilatı bir qayda olaraq kollektivlə daim ünsiyyətdə olur, onun problemlərini görür, maraqlanır, aşkara çıxarılan nöqsanlar haqqında müdiriyyəti məlumatlandırır və həmin problemlərin aradan qaldırılması üçün vaxtında lazımi tədbirlər görülür. Ona görə də işəgötürən özü həmkarlar ittifaqı təşkilatının yaradılmasında maraqlı olmalıdır.
Sizə maraqlı bir fakt deyim. Azərbaycanda fəaliyyət göstərən tanınmış iri şirkətlərdən birinin rəhbəri bir dəfə mənə dedi ki, sorğu keçirib, işçilərin 90 faizi həmkarlar ittifaqı təşkilatının yaradılmasının tərəfdarı deyil, yalnız 10 faizi buna razıdır. Mən isə ona dedim ki, bu, əksinə ola bilər, 90 faiz işçi həmkarlar ittifaqı təşkilatının yaradılmasını istəyər. Üstündən təqribən bir il keçəndən sonra həmin şəxs mənə zəng edib bildirdi ki, o vaxt düz deməyib, işçilərin 90 faizi həmkarlar ittifaqı təşkilatnın yaradılmasının tərəfdarıdır. Həmin şəxs bizi müəssisəyə dəvət etdi və biz müəssisədə təşkilatımızı yaratdıq”.
Konfederasiyanın sədrinin sözlərinə görə, bəzi müəssisə rəhbərləri işçilərin hansısa problemlə bağlı çıxışlar, aksiyalar təşkil edəcəyindən əndişələnərək müəssisədə həmkarlar ittifaqı təşkilatının yaradılmasına əngəl törətməyə çalışırlar: “Mənim onlara sözüm budur ki, əgər siz düz işləsəniz, maaşları vaxtlı-vaxtında versəniz, insanların problemlərinə həssas yanaşsanız, həll etsəniz, kim çıxışlar edər, aksiyalar keçirər?
Yeri gəlmişkən bir məsələyə də toxunmaq istərdim. Bir çox hallarda vətəndaşlar öz ərizə və şikayətlərini, müraciətlərini birbaşa Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ünvanlayırlar və biz də həmin müraciətləri nəzərdən keçirib aidiyyəti üzrə sahə həmkarlar ittifaqlarına göndəririk və məsələni diqqətdə saxlayırıq. Ancaq vətəndaşlar müraciətlərinin cavabını məhz Konfederasiyanın verməsini istəyirlər. İl ərzində Konfederasiyaya on minlərlə müraciət daxil olur, aidiyyəti müraciətləri yerində həll edirik, aidiyyəti olmayanları isə sahə həmkarlar ittifaqlarına yönləndiririk, onlar da müraciətlərlə bağlı lazımi tədbirlər görürlər. Yəni idarəçilik qaydasında vəziyyət bu cürdür. Konfederasiya ən azı fiziki baxımdan da bu qədər müraciəti cavablandıra bilməz. Sahə həmkarlar ittifaqları və onların yerlərdəki 10 mindən artıq ilk təşkilatı vətəndaşların bütün müraciətlərini cavablandırır və problemlərini həll etməyə çalışırlar”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 17 saat sonra
- 27 d. əvvəl
-
-
46 d. əvvəl
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
-
1 saat əvvəl
Birbank müştəriləri üçün “Səyahət marafonu” kampaniyasına start verib
- 2 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
Ən çox oxunanlar
"Premium Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır




.jpg)
.jpg)








.jpg)




