Azər Türk Bankdan şirkət və fərdi sahibkarlara Yeni il müjdəsi
(®) Daim müştəri məmnuniyyətini fəaliyyətinin əsas qayəsi hesab edən Azər Türk Bank korporativ müştərilər və fərdi sahibkarlar üçün Yeni il münasibətilə kampaniyaya başlayıb.
Kampaniyanın şərtlərinə uyğun olaraq Bankda yeni korporativ müştərilər üçün cari hesablar ödənişsiz açılacaqdır. Kampaniya ərzində Azər Türk Bankla əməkhaqqı layihəsi çərçivəsində əməkdaşlığa başlayan təşkilatlara işçiləri üçün üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən, sayına məhdudiyyət qoyulmadan, pulsuz veriləcəkdir.
Eləcə də fərdi sahibkar olan müştərilər Azər Türk Bankda cari hesablarını ödənişsiz aça biləcəklər. Bu müştərilərə də işçiləri üçün üçillik xidmət müddətli MasterCard Debet əməkhaqqı kartları Bank tərəfindən pulsuz veriləcəkdir. Bundan əlavə, kampaniya müddətində cari hesab açan fərdi sahibkarlara bütün bank əməliyyatlarını məsafəli şəkildə aparmağa imkan verən Sahibkar Kartı hədiyyə edilir.
Qeyd edək ki, Azər Türk Bankın müştəriləri əməkhaqqı kartları ilə ölkə daxilində istənilən bankın bankomatından vəsaitlərini çəkdikləri zaman faiz və ya komissiya tutulmur.
Kampaniya 31 yanvar 2019-cu il tarixinədək davam edəcəkdir.
Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz























