"Yerli quş ətinin maya dəyərinin yüksək olması ixraca mane olur"
"Quş əti üçün yemlər xaricdən gəlir, gömrükdə müəyyən güzəştlər olsa, bu halda maya dəyərinin aşağı salınması mümkün ola bilər"
"Azərbaycanda istehsal olunan quş ətinin may dəyərinin yüksək olması onun ixracına mane olur".
Bunu açıqlamasında Azərbaycan Quşçular Cəmiyyətinin Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.
"Hazırda yerli broyler müəssisələri yalnız daxili tələbatı ödəmək üçün fəaliyyət göstərirlər. Bununla belə, məhsulun maya dəyərinin aşağı salınması və ixraca başlanılması istiqamətində də iş gedir. Bununla bağlı bir sıra qurumlara müraciətlər edilib. Əgər quş ətinin istehsalına çəkilən xərc azalsa, onda yerli məhsul ucuz başa gələcək və xaricə gedəcək. Quş əti üçün yemlər xaricdən gəlir, gömrükdə müəyyən güzəştlər olsa, bu halda maya dəyərinin aşağı salınması mümkün ola bilər. Bu, ölkə daxilində də məhsulun ucuzlaşmasına gətirib-çıxarar", - deyə o, qeyd edib.
A.Vəliyevin sözlərinə görə, quş ətindən fərqli olaraq yerli broyler müəssisələri yumurta ixrac edə bilirlər: "Ötən il ixrac həyata keçirilib. Hazırda Azərbaycanda yumurtaya olan illik tələbat 1,3 mlrd. ədəddir. Yerli istehsalın həcmi isə 1,5 mlrd. ədəddir".
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 d. əvvəl
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
-
- 11 d. əvvəl
-
13 d. əvvəl
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 13 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır
Minik avtomobili ilə 1 km gediş üçün 8,6 qəpik ödəniləcək - Bu gündən qüvvəyə mindi
Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
BYD-nin satışları 9 aydan sonra ilk dəfə artıb
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub























