"Ən çox tələb olunan texnikalara güzəşt və ödəmə mexanizmi işlənəcək”
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyində (AKİA) kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçıları ilə görüş keçirilib. Görüşdə AKİA-nın sədri Mirzə Əliyev, ”Aqrolizinq” ASC-nin sədri Seymur Mövlayev, Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov, Texniki siyasət şöbəsinin müdiri Vüqar Babayev və kənd təsərrüfatı texnikası və damazlıq heyvan təchizatçılarının 30-dək nümayəndəsi iştirak edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, AKİA-nın sədri Mirzə Əliyev kənd təsərrüfatı məhsulları istehsalı texnikası və damazlıq heyvanların lizinqi barədə ediləcək yeniliklər barədə məlumat verib. Bildirib ki, bu sahədə indiyədək bir neçə başlıca problem var idi: “Vətəndaşlar ən çox istədikləri texnikanı tapa bilməməkdən şikayət edirdilər. Mərkəzləşmiş idarəetmə fermerlərin bir təchizatçıdan asılılığına səbəb olmuşdu. Bunlarla yanaşı, riskləri dövlət öz üzərinə götürürdü. Yeniliklər özəl aqrotexniki xidmətlərin genişləndirilməsinə səbəb olacaq, dövlət-özəl tərəfdaşlığı prinsipinin tətbiqi ilə güzəştlərə yönəldilən büdcə vəsaitindən səmərəli istifadəyə imkan verəcək”.
Mirzə Əliyev təchizatçılardan yanvarın ilk ongünlüyündə fermerlər tərəfindən ən çox tələb olunan texnikalar barədə təkliflər hazırlayıb Agentliyə və ya “Aqrolizinq” ASC-yə təqdim etməyi xahiş edib. “Sizin təklifləriniz əsasında qiymətləndirmə aparılaraq ən çox tələb olunan texnika və istehsal vasitələrinin siyahısı hazırlanacaq və onlara tətbiq ediləcək güzəşt və ödəmə mexanizmi işlənəcək”, - deyə Mirzə Əliyev vurğulayıb. Agentliyin rəhbəri yerli istehsalçılar ilə xüsusi görüş keçiriləcəyini və onların da təkliflərinin dinləniləcəyini bildirib.
Təchizatçıların suallarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin qurum və şöbə rəhbərləri yeni rəqabət mühitində təchizatçıların təkcə qiymət və keyfiyyətlə deyil, həm də satış sonrası xidmətlə rəqabətə girəcəklərini qeyd ediblər. Seymur Mövlayev “Aqrolizinq” ASC-yə fermerlərin müraciətlərinin böyük hissəsinin texnikaların ehtiyat hissələri və zəmanətlə bağlı olduğunu diqqətə çatdırıb. O, təchizatçılara müraciətlə deyib: “Aqrolizinq” ASC artıq əlində olan texnikanın satışını həyata keçirəcək və satışdan yığılan pullar Agentliyin hesabına köçürüləcək. Çalışın ki, “Aqrolizinq”də olmayan texnikalar təklif edəsiniz”.
Mirzə Əliyev isə bildirib ki, bundan sonra avtomobil bazarında olduğu kimi, kənd təsərrüfatı texnikası bazarında da ehtiyat hissələri sərfəli və tez tapılan, satış sonrası xidmət səviyyəsi yüksək olan şirkətlər və markalar üstünlük qazanacaq.
Görüşdə qeyd olunub ki, yeni meyarlar fermerlərin, təchizatçıların və maliyyə qurumlarının balanslaşdırılmış fəaliyyəti ilə müəyyənləşdiriləcək. Təchizatçılar ilə növbəti görüşün yanvarın əvvəllərində hazır təkliflər üzərində müzakirələr şəklində təşkil edilməsi qərara alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
5 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























