Mərkəzi Bank riskləri açıqladı

Mərkəzi Bank 2019-cu il və ortamüddətli dövrə makroiqtisadi proqnozlar və riskləri açıqlayıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir ki, 2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas istiqamətləri həmin dövrü əhatə edən rəsmi sosial-iqtisadi inkişaf və büdcə proqnozları əsasında formalaşdırılmışdır.
Proqnozlaşdırılan dövrə xarici şəraitin həyata keçirilən pul-kredit siyasətinə təsiri bir neçə istiqamətdə baş verir.
2019-cu ildə qlobal iqtisadi artımın hələ də yüksək qalacağı şəraitdə qeyri-neft ixracatının artımı üçün əlverişli şərait yaranır və bu rəsmi proqnozlarda əks olunub.
Əsas ticarət tərəfdaşlarımızda məzənnə volatilliyinin yüksəlməsi və onlarda inflyasiyanın yüksələrək idxal vasitəsilə milli iqtisadiyyatda qiymət sabitliyinə təsiri riski növbəti ildə də əhəmiyyətli olaraq qalmaqdadır.
Dünyanın aparıcı iqtisadiyyatlarında pul-kredit siyasətlərinin normallaşdırılması istiqamətində proqnozlaşdırılan proseslərin ölkədə qiymətlər sabitliyinə, ilk növbədə valyuta bazarına və milli valyutanın məzənnəsinə təsiri minimaldır və mövcud makroiqtisadi alətlər vasitəsilə neytrallaşdırılacaqdır.
Xarici mühitin makroiqtisadi sabitliyə ən mühüm təsir kanalı dünya enerji bazarlarının konyunkturası qalmaqdadır. Proqnoz dövründə neftin dünya bazarlarında qiyməti bir tərəfdən qlobal iqtisadi artım və bu əsasda neftə olan tələbatın formalaşması, digər tərəfdən qlobal təklifin idarə olunması ilə tələb-təklif nisbəti, habelə geosiyasi amillərin təsiri altında formalaşacaqdır. Bu amillərin məcmu və əksər hallarda müxtəlif istiqamətli təsiri qlobal neft bazarında qeyri-müəyyənliyi və müşahidə olunan qiymət dəyişkənliyini şərtləndirir.
Bütün bunları nəzərə alaraq Mərkəzi Bank növbəti il və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas istiqamətlərinin formalaşmasında həm rəsmi baza proqnozunu, həm də bu proqnozlara təsir edə biləcək neqativ amillərin neytrallaşdırılmasını nəzərdə tutur.
Ölkədə effektli pul-kredit siyasətinin həyata keçirilməsinin bir sıra mühüm daxili struktur şərtləri vardır.
Bura ilk növbədə milli iqtisadiyyatın formalaşmış strukturu, işgüzar tsiklin mövcud mərhələsi, şaxələnmə səviyyəsi, monetar və fiskal nəzarətin səviyyəsi, mövcud resursların dinamikası aiddir.
Struktur amilləri effektiv makro-fiskal çərçivənin formalaşmasına və mövcud resurslardan tam istifadə etmək əsasında dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmağa əhəmiyyətli təsir göstərir.
Belə şəraitdə effektiv pul-kredit siyasətinin formalaşması, makroiqtisadi stabilliyin dayanıqlığının təmin olunması başlıca olaraq pul-kredit siyasəti ilə fiskal siyasətin optimal makroiqtisadi çərçivədə sintezindən, hər iki istiqamətdə planlaşdırılan və artıq start verilmiş islahat tədbirlərinin əlaqələndirilməsindən asılı olacaqdır.
Daha ətraflı:
Müştərilərin xəbərləri

Wolt artıq Qəbələ və Xankəndidə – rahat və sürətli çatdırılma xidməti daha iki yeni şəhərdə istifadədə!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 25 d. əvvəl
-
55 d. əvvəl
Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir
-
-
59 d. əvvəl
Nestlé satışların zəifləməsi fonunda 16 min iş yerini ixtisar edəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“AS Group” “Dayanıqlı İnkişaf Naminə Ağıllı və Yaşıl Həllər” mövzusunda beynəlxalq konfrans keçirib
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Azər-Türk Bank hər ay orta hesabla 1 milyon manatdan çox xalis mənfəət əldə edib
-
17 saat əvvəl
Sığorta hadisəsi tarixçəsinin sorğulanması xidməti istifadəyə verilib
Son Xəbərlər

Azərbaycanın 2026–2029-cu illər üzrə dövlət büdcəsi proqnozları: gəlirlər artacaq, xərclər yüksələcək

Azərbaycanın dövlət borcunda 2026-da yenidən artım gözlənilir

Nestlé satışların zəifləməsi fonunda 16 min iş yerini ixtisar edəcək

Rəsmi məzənnnələr açıqlandı

Kredit şirkəti illik 15 faizlə 2 milyon manat borc alır

Dövlət bankı “Azər-Türk Bank” maliyyə vəziyyətini açıqladı

21 bank mənfəət açıqladı - SİYAHI
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Bakı Ali Neft Məktəbi və “PAŞA Kapital” anlaşdı

“Xalq Bank” daha da böyüyüb, əməliyyat gəlirləri artıb

FMG Ağdamın ilk yaşayış kompleksi və Cənubi Qafqazın ən hündür göydələni ilə BakuBuild sərgisində

Energetiklərə özəl 70 000 manatadək kredit - KOMİSSİYASIZ
.png)