Nazir “Aqrolizinq”in funksiyalarının azaldılmasından danışdı
"Müxtəlif bölgələrdən kooperativlərin yaradılması ilə bağlı müraciətlər daxil olub"
“Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün həyata keçirilən islahatlar elmi yanaşmalara söykənməklə fermerlərin və kənd zəhmətkeşlərinin mənafeyinə xidmət etmək strategiyasına əsaslanır”.
Bunu Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, məqsədləri reallaşdırmaq üçün kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsaslanmaq Kənd Təsərrüfatı Nazirliyi qarşısında başlıca vəzifələr kimi müəyyən edilib:
“İslahatlar çərçivəsində kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatların aparılması, qiymətləndirmə və proqnozlaşdırmanın, strateji planlaşdırmanın həyata keçirilməsi üçün potensialın yaradılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Mərkəzin əsas funksiyaları kimi kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı təhlillərin və elmi tədqiqatların aparılması, analitik məlumat bazasının və informasiya sistemlərinin formalaşdırılması, proqram və layihələrin hazırlanması müəyyən edilib. Bundan başqa, aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə ötürülməsi, elmi-tədqiqat institutlarının məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi üçün institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb”.
İ.Kərimov əlavə edib ki, eyni zamanda, aqrar islahatların vacib istiqamətlərindən biri olan bazara çıxış imkanlarının daha da gücləndirilməsi, istehsal vasitələri ilə təminatın və bu sahədə rəqabət mühitinin yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyevin fərmanı əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar tədarük və təchizat” ASC təsis edilib:
“Bu qurumun yaranması fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməklə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılmasını, kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemli şəkildə həyata keçirilməsini təmin edəcək. Dövlət başçısının qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə aşağı qiymət və dövlət vəsaitinə qənaət, keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat, ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək, çevik və şəffaf idarəetməni təşkil etmək prinsiplərinə əsaslanacağıq”.
İ.Kərimov qeyd edib ki, Prezident İlham Əliyevin digər fərmanı ilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərin idarə Olunması üzrə Dövlət Xidmətinin bazasında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb:
“Aqrolizinq” ASC-nin portfeli, eyni zamanda kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli qiymətlərlə satışı funksiyaları yeni yaradılan Agentliyə verilib. Aparılan islahatlar nəticəsində bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarı liberallaşacaq, fermerlərin subsidiyalardan istifadə imkanları artacaq. Eyni zamanda, maliyyə bazarına çıxış imkanları güclənməklə güzəştli kredit və xidmətlər fermerlər üçün daha əlçatan olacaq. Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək. Fərmanda nəzərdə tutulduğu kimi, aqroservislər gələn ildən özəlləşdirilməyə çıxarılacaq. Bu tədbirlər fermerlərə göstərilən aqrotexniki xidmətin keyfiyyətini daha da artırmağa imkan verəcək. Fermerlərə göstərilən dövlət qayğısının institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə ölkə başçısının cari ilin iyulunda imzaladığı Fərmanla Nazirliyin rayon və şəhər idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb. DAİM-in yaradılması aqrar sektorda keyfiyyətli xidmət təşkil edilməklə "vahid pəncərə” prinsipini tətbiq etməyə, şəffaflığı artırmağa, fermerlərlə əlaqələrin qurulması mexanizmini təkmilləşməyə imkan verib. Yola saldığımız ildə görülən işlər sırasında Kənd Təsərrüfatı Nazirliyində və DAİM-lərdə Fermerlər Şuralarının təsis edilməsini, Nazirlik yanında Aqrar Məşvərət Şurasının, müxtəlif növ məhsul istehsalçılarını özündə birləşdirən çoxsaylı Assosiasiyaların formalaşdırılmasını da qeyd edə bilərik. İnstitusional islahatların tərkib hissəsi olan bu addımlar aqrar sahədə iqtisadi aktivliyin yüksəlməsinə, funksional fəaliyyətlərdə düzgün və səmərəli idarəçiliyin formalaşmasına, kəndli və fermerlərə yaxınlığın təmin olunmasına xidmət edir”.
Nazir bildirib ki, aqrar sahənin inkişaf etdirilməsində ən vacib məsələlərdən biri ölkəmizdə kooperasiyanın inkişaf etdirilməsi və torpaqların konsolidasiyasıdır. Onun sözlərinə görə, kooperasiyanın inkişafı istiqamətində təbliğat işlərinin qurulması, yerlərdən daxil olan təşəbbüslərə dəstəyin verilməsi məqsədilə Nazirlikdə fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılıb. İ.Kərimov xatırladıb ki, 2018-ci ildə pay torpaqlarının könüllülük əsasında birləşdirilməsi nəticəsində pilot layihə olaraq Nazirliyin dəstəyi ilə ilk dəfə Sabirabad rayonunda “Birlik” İstehsal Kooperativi yaradılıb.
“Artıq Azərbaycanın müxtəlif bölgələrində belə kooperativlərin yaradılması ilə bağlı müraciətlər var və nazirlik könüllü birləşmə, kooperasiyanın üstünlüklərindən istifadə olunmasında maraqlı olan fermerlərin təşəbbüslərini bundan sonra da hərtərəfli dəstəkləyəcək”, - deyə nazir vurğulayıb.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
1 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
3 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 4 saat əvvəl
-
5 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 5 saat əvvəl
-
5 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























