"Apple" Almaniyada bəzi modellərinin satışlarını dayandıracaq
"Qualcomm"un patent üzrə pozuntu iddiası nəticəsində Çində bəzi "iPhone" modellərinin satışı qadağan olunan "Apple"a bu dəfə pis xəbər Avropadan gəldi. "Marja" xəbər verir ki, "Apple", "Qualcomm"un Almaniyada Münhen Bölgə Məhkəməsindəki patent üzrə pozuntu işini uduzub.
Məhkəmənin qərarında "Apple"ın cihazlarının "Qualcomm"un ağıllı telefonlarda enerji qənaətilə bağlı əqli mülkiyyət hüquqlarını pozduğu qeyd olunub. Bu qərarıdan sonra "Apple", "iPhone 7" və "iPhone 8" modellərini Almaniyadakı mağazalarından geri yığacaq.
Məhkəmənin qərarından şikayət edən "Apple", bu proses başa çatana qədər Almaniyadakı 15 Apple mağazasında "iPhone 7" və "iPhone 8"in satışlarını təxirə salacaq. Ancaq bu modellərin "Apple" mağazası xaric üçüncü tərəf mağazalarda satışına hələlik davam ediləcək.
"Apple"ın "iPhone XS", "iPhone XS Maks" və "iPhone XR" modelləri isə məhkəmənin verdiyi qərardan təsirlənməyəcək və satışına davam ediləcək.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 5 saat sonra
-
-
11 saat əvvəl
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
-
12 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
12 saat əvvəl
Tramp: Bu gecə İranı çox sərt şəkildə vuracağıq, Xarq adasını ələ keçirəcəyik
-
12 saat əvvəl
"Azərbaycan trüfel istehsalı üçün böyük potensiala malikdir"
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
-
13 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Fars": İran Yaxın Şərqdə İlon Maska məxsus şirkətləri hədəf alacaq
“Yaban Group” Əhmədlidə restoran açıb
Nazir: Dağ-mədən və metallurgiya sənayesinin inkişafı üzrə dövlət proqramı yekun mərhələdədir
Ən çox oxunanlar
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
“Le Beirut” tələbləri pozub, satışı dayandırılıb



























