Kapital Bank-ın rəhbərliyi əsgərlər və şəhid ailələri ilə görüşüb + FOTO
Kapital Bank 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı ərəfəsində növbəti sosial layihə həyata keçirib.
Layihə çərçivəsində Bankın İdarə Heyətinin sədri, müavinləri, üzvləri, bir sıra departament direktorları və yaxın rayonlarda olan filialların direktorları hərbi hissədə əsgər və zabit heyəti, Qarabağ qaziləri, həmçinin şəhid ailələri ilə görüş keçirib.
Layihəni həyata keçirməkdə məqsəd, vətən uğrunda canından keçmiş şəhidlərin yaxınlarına, həmçinin hazırda vətənimizin keşiyində duran əsgərlərə diqqət yetirməklə, onların bayram günlərində unudulmadıqlarını bildirməkdir. Ailələrindən, evlərindən uzaq olan əsgərlərə birgə bayram qeyd etmək, əsgərlərin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərir.
Tədbir zamanı Bankın rəhbərliyi Müdafiə Nazirliyinin tabeliyində olan N saylı hərbi hissəyə baxış keçiriblər, əsgərlər üçün yaradılan şəraitlə tanış olublar və hərbi hissənin şəxsi heyəti ilə birgə nahar ediblər. Görüşdən sonra əsgərlərə və şəhid ailələrinə bayram sovqatı paylanılıb. Bundan başqa hərbi hissəyə, əsgər və zabitlərin ümumi istifadəsi üçün hədiyyələr də təqdim olunub.
Tədbirdə çıxış edən Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, əsgərləri, zabitləri, müharibə veteranarını və şəhid ailələrini qarşıdan gələn bayram münasibətilə təbrik edib və tədbirin keçirilməsində dəstək olan Müdafiə Naziri Zakir Həsənova və hərbi hissənin komandirinə təşəkkürünü bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 98 filialı və 11 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























