Hesabından pul çıxardanlara Dollar təklif edilir – PUL SİYASƏTİ ALƏTLƏRİ İŞLƏYİR
Mərkəzi Bankda keçirilən son iki hərracda Dollar Manat qarşısında möhkəmlənsə də, banklarda Dolların qalxması müşahidə olunmur, əksinə az da olsa düşür. Əvvəllər hərracın nəticəsi ictimaiyyətə məlum olmadan banklar məzənnələri qaldırırdılar. Sonrdan hamıya məlum oldurdu ki, hərracda tələb təklifdən çox olub.
Bu gün isə Manat qıtlığı olduğundan, sanki Dollar bolluğu yaranıb. “Marja”nın məlumatına görə, artıq vəziyyət o həddə çatıb ki, banklar öz cari hesabından pul çıxardan fiziki və hüquqi şəxslərə Dollar təklif edirlər. Tutaq ki, müştəri hesabından 5000 manat pul çıxartmaq istədiyini banka bildirir. İndiki vəziyyətdə bankların əksəriyyəti müştərinin istədiyi bütün məbləği verə bilmir. 5000 manat istəyən müştəriyə, hesabından 3000 manat çıxarda biləcəyi məlumatı verilir. Bu məbləğ ilə də razılaşan müştəriyə kassada pulun bir hissəsinin Dollarda götürülməsi təklif olunur. Çünki banklarda manatda vəsait çox azalıb. Mərkəzi Bank pul siyasəti alətləri ilə Manat kütləsini dövriyyədən çıxardır. Banklar əlavə manat vəsaitləri olmadığından yüksək məbləğlərdə Dollar ala bilmirlər, hətta əhalidən 1000 dollar limitlə ABŞ valyutası alan bank da var.
Digər tərəfdən, Manat ehtiyaclarını ödəmək üçün banklar əllərində olan Dollar vəsaitlərini satmaqda maraqlıdırlar. Əsasən bu səbəbdən Dolların satış qiyməti qalxmır. Hamı bankdan Manat istəyir, milli pul isə qıtdır. Artıq fiziki və hüquqi şəxslər də Manata ehtiyacları yarandıqca Dollar satırlar. Təklif artdığından, Dolların alış qiymətinin də aşağı düşməsi baş verir.
Çoxları Dolların belə ucuzlaşmasını “süni” adlandırır və ucuzlaşma üçün iqtisadi əsasların olmadığını bildirirlər. Bunu qeyd edə bilərik ki, bütün dünyada mərkəzi banklar valyuta məzənnəsinin tənzimlənməsi üçün alətlərdən istifadə edirlər, Azərbaycan Mərkəzi Bankının da pul siyasəti alətlərindən istifadə etməsində qeyri-adi hal yoxdur. Xarici təzyiqlər azalarsa, neft qiymətləri bir qədər də qalxarsa və ölkəmizin valyuta gəlirləri artarsa pul siyasəti mərhələli şəkildə yumuşaldıla bilər.
Makroiqtisadi prosesləri, o cümlədən valyuta bazarında müşahidə edilən proseslər nəzərə alınaraq Mərkəzi Bank tərəfindən 2016-cı ildə sterilizasiya əməliyyatları aktivləşdirilmişdir. Belə ki, ötən ilin iyun ayından etibarən Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə depozit hərraclarının, noyabr ayından isə notların yerləşdirlməsi üzrə hərracların keçirilməsinə başlamışdır. Depozit və not yerləşdirilməsi hərraclarında yüksək faiz qarşılığında kommersiya banklarından manat kütləsi cəlb edilir (dövriyyədən çıxardılır).
Qeyd edək ki, artmış pul kütləsinin inflyasya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara Mərkəzi Bankın sterilizasiya əməliyyatları deyilir. Bununla belə, xarici valyuta bazarında revalvasiya təhlükəsi yaradan artıq təklifin alınması əməliyyatlarını xarakterizə etmək üçün də sterilizasiya terminindən istifadə edilir.
Qısası, bu gün hamıda formalaşmış ortaq bir fikir var: Məzənnə sabitləşməlidir. Belə olan halda, biznes düzgün proqnozlaşdırıla bilər və hər bir kəs iş üçün hərəkətə keçər. Hiss olunur ki, artıq ajiotaj keçmişdə qalır, məzənnə sabitləşməkdədir. Ümid edək ki, dünya bazarlarında fövqəladə böhranlar baş verməyəcək, qeo-siyasi gərginliklər artmayacaqdır. Belə olan halda, vəziyyətin sabitləşməsi daha da sürətlənəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
2 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
3 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
3 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
4 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar











.jpg)





.jpg)
