Gəlir və ya mənfəət vergisi ödəyicisi olmaq bəzi xidmət sahələrinə baha başa gələcək
Sadələşdirilmiş vergi ödəyicilərinin gələn il yanvarın 1-dən gəlir və ya mənfəət vergisi ödəyicisi olması bəzi xidmət sahələrinə baha başa gəlir.
Bu, xüsusən intellektual mülkiyyət sahiblərinə aiddir.
Xidməti müqavilə ilə işləyən ekspertlər, xarici mətbuat orqanlarının Azərbaycandakı əməkdaşları, eləcə də, ölkə daxilində jurnalistika fəaliyyəti göstərən böyük bir qrup vergi öhdəliyinin artmasından narahatdır.
Niyə 50 faiz yox, 20 faiz?
Sadələşdirilmiş vergi ödəyicisinin gəlir və ya mənfəət vergisi ödəyicisi olmaq imkanı və bu halda vergi yükünün beş dəfəyədək azalacağı ilə bağlı açıqlamaya münasibət bildirən iqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, vergi rəsmisi dəyişikliyi əsaslandırmaq üçün hipotezadan istifadə edib.
“Nazirliyin əməkdaşı bildirdi ki, 20 faiz rentabellik olarsa… Bəlkə, 50 faiz rentabelliklə işləyir, bəlkə, 5 faiz. Yəni rentabellilik arqumentinin özü mübahisəlidir, çünki hipotezadan istifadə etdikdə, onun müdafiəsi üçün ciddi arqumentlər gətirilməlidir. Və hipoteza irəli sürür ki, 20 faiz olarsa, bəlkə, daha çoxdur. Və niyə 50 faiz yox, 20 faiz?”
Elə sahələr var ki, vergi yükü artır
Ekspert qeyd etdi ki, elə sahələr var ki, orada rentabellik 100 faizdir. Məsələn, intellektual xidmət göstərənlərin elə bir xərci yoxdur.
“Tutaq ki, xarici mətbuat orqanının Azərbaycandakı müxbiri 10 min manat qazanır, bu, elə onun gəliri ola bilər, çünki istifadə etdiyi bir internetdir və əlavə elə bir xərc maddəsi yoxdur. Bu halda vergi əməkdaşının dediyi kimi, 83 manat deyil, 500 manat vergi ödəməlidir, halbuki sadələşdirilmiş vergi imkan verirdi ki, xidmət göstərən rayonda işləyirsə, 200 manat, Bakıda işləyirsə, 400 manat ödəsin”.
Nazirlik rəsmisinin çıxışından qeyd
Qeyd edək ki, Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayeva bu məsələyə belə şərh vermişdi:
“Çünki bildiyimiz kimi, sadələşdirilmiş vergi ödəyicisi ümumi dövriyyənin 4 faizi qismində vergi ödəyirdi. Gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra yerdə qalan gəlir və ya hüquqi şəxsin mənfəətidir.
Şərti mənfəətlilik dərəcəsini 20 faiz götürsək, aylıq 10 min manatadək gəlir əldə edən şəxslərdə 4 faiz sadələşdirilmiş vergidə sahibkar 400 manat vergi ödəyirdisə, bu gün gəlir vergisinə keçdiyi və yenə də 20 faiz rentabelliklə işlədiyi halda dövlətin verdiyi gəlir və mənfəət vergisi üzrə 75 faizlik güzəşt tətbiq edilməklə, cəmi 83,3 manat vergi ödəyəcək.
Yəni müqayisə etsək, 400 manatdan 83 manata düşür. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan sahibkar vergi uçotunu dəqiq və şəffaf apardığı halda, vergi yükü, əslində, dəfələrlə aşağı salınıb”.
Vergisi sadə olanlar kimlərdir?
Ekspert 75 faiz vergi güzəştinin verilməsinin də əleyhinədir:
“Bu, sağ əllə sol qulağı qaşımaq kimi bir şeydir. Ondansa mənfəət vergisini differensiallaşdırsınlar”.
Sadələşmiş vergi ödəyicisi kimi qalanlar kimlərdir?
İqtisadçının sözlərinə görə, bu kateqoriya kifayət qədər daralıb:
“Bu kateqoriyaya düşənlərin bir qismi patent ödəyiciləridir, məsələn, dərzilər aiddir. Ümumiyyətlə, patent ödəyicilərinin sadələşmiş vergiyə aid edilməsinin tərəfdarı deyiləm. Onlar gəlir vergisi ödəyiciləri olmalıdırlar, çünki patent gəlirlər əsasında təyin edilir, Türkiyədə də belədir”.
Bundan başqa, sadələşmiş vergi ödəyicilərinə 200 minə qədər dövriyyəsi olan ticarətçilər, ictimai iaşə, sərnişindaşıma xidməti daxildir. İctimai iaşə fəaliyyəti üzrə 8%-lik sadələşdirilmiş vergi dərəcəsi isə saxlanılır.
Verginin analitik bazası olmalıdır
Ekspert vergi sahəsində sistemli iş, analitik bazanın çox yüksək səviyyədə olmasının vacibliyini vurğuladı.
“Verginin analitik bazası olmalıdır, orada makroiqtisadiyyatı bilən mütəxəssislər çalışmalıdır. Mətbuata isə açıqlama belə olmalı idi: Hesablama aparmışıq, səkkiz min manata qədər vergini ləğv etmişik. Bu göstərir ki, bu qədər işçi qüvvəsi yaxın bir ildə bu qədər, iki ildə bu qədər, üç ildə bu qədər leqallaşacaq. Açıqlamalar konkret hesablamalarla verilməlidir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Oxu
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
1 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
2 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
2 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir























