Neft, razılaşma çətinləşdiyi üçün ucuzlaşır
Rusiyanın, Səudiyyə Ərəbistanının tələb etdiyi həcmdə hasilat azaltmasına getməkdən imtina etməsinin ardından OPEC danışıqları nəticəsiz başa çatıb. Bununla əlaqədar olaraq neft qiymətləri düşüb.
"Marja" xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata üzv olmayan tərəfdaşları bu gün də iclas keçirəcəklər. Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Vyanada verdiyi açıqlamada, bu gün bir razılaşmanın çıxıb-çıxmayacağına əmin olmadığını deyib.
Qrupun hasilatın gündəlik 1 milyon barrel azaldılmasına dair təklifi qeyri-müəyyənlikdə qalıb.
ABŞ-ın İrana sanksiya tətbiq etməsinə qarşı bəzi ölkələrə bu ölkədən neft idxalı üçün imtiyaz verməsi və eyni zamanda ABŞ-da ehtiyatların və istehsalın artması ilə əlaqədar olaraq neft qiymətləri Oktyabr ayında gördüyü 4 ilin ən yüksək səviyyəsindən 30 faiz düşüb.
Səudiyyə Ərəbistanının energetika naziri hasilatın gündəlik 1 milyon barel azaldılmasının bazarı sabitləşdirəcəyini deyib. Digər ölkələr bu fikir ilə razılaşmırlar.
Analitiklər bildirirlər ki, OPEC və OPEC-ə üzv olmayan ölkələr hasilatın gündəlik ən azı 1 milyon barrel azaldılması məsələsində razılığa gəlməməsi halında, xüsusilə 2019-un ilk rübündə təklif artıqlığı narahatlıqları davam edəcəkdir. Belə olan halda neft qiymətləri daha da düşə bilər.
Qərbi Texas nefti (WTI) 51.09 dollara, Brent nefti 59.49 dollara enib. Bu gün neft qiymətləri 1%-ə yaxın düşüb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
43 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 46 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı


























