ABŞ-ın ticarət kəsiri 10 ilin zirvəsinə qalxıb
ABŞ-da xarici ticarət kəsiri, oktyabrda aylıq 1,7 faiz artımla 55,5 milyard dollara qalxaraq son 10 ilin ən yüksək səviyyəsinə çatıb. ABŞ-ın gömrük tarifləri ilə hədəf aldığı Çinlə ticarət kəsiri də oktyabrda 43,1 milyard dollara yüksələrək bütün zamanların rekordunu qırıb.
ABŞ Ticarət Nazirliyinin hesabatına görə, xarici ticarət kəsiri, oktyabrda bir əvvəlki aya nisbətən 1,7 faiz artaraq 55,5 milyard dollar olub. 2008-ci ildən bəri ən yüksək səviyyəsinə çatan məlumata dair bazar gözləntisi 55 milyard dollar idi.
Xarici ticarət kəsirinin gözləniləndən artıq yüksəlməsinə, ölkənin ixracının 0,1 faiz azalaraq 211 milyard dollara geriləməsi, idxalının 0,2 faiz artaraq 266,5 milyard dollara qalxması səbəb olub.
Sentyabr ayına aid xarici ticarət kəsiri 54,6 milyard dollardan 54 milyard dollara dəyişdirilib.
ABŞ-ın Çinə verdiyi ticarət kəsiri də rekord qırıb
Həmçinin hesabat, ABŞ-ın əlavə gömrük vergisi tətbiq etdiyi Çin ilə ticarət kəsirinin oktyabrda 43,1 milyard dollara yüksələrək bütün zamanların rekordunu qırdığını ortaya qoyub.
Avropa Birliyinə verilən kəsir də oktyabrda 17,6 milyard dollarla ən yüksək səviyyəsinə yaxın olub. ABŞ-ın Meksikaya verdiyi ticarət kəsirinin isə 7,7 milyard dollardan 7,1 milyard dollara gerilədiyi görülüb.
Ölkənin ticarət kəsirinin proteksionist gömrük vergilərinə qarşı sürətlə artması, ABŞ Prezidenti Donald Trampın ticarət siyasətinin uğursuzluğu kimi qiymətləndirilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
1 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 13 d. əvvəl
- 15 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















