Rusiyanın energetika naziri Vyanadan Moskvaya qayıdıb
OPEC: Neft hasilatının həcminin azaldılması Rusiyanın iştirakından asılıdır
Xəbər verdiyimiz kimi, dekabrın 6-da Vyanada OPEC Nazirlər Şurasının 175-ci iclası keçirilir. İclasın əsas müzakirə mövzusu gələn ilin əvvəlindən etibarən neft hasilatının azaldılmasına nail olmaqdır.
İclasda iştirak edən nümayəndələr kartelin qeyri-OPEC ölkəsi olan Rusiyanın hasilatla bağlı mövqeyini gözlədiyini bildirirlər. Vyanada səfərdə olan Rusiyanın energetika naziri Aleksandr Novak məsləhətləşmələr üçün Moskvaya qayıdıb. O, dekabrın 7-də Avstriyanın paytaxtında keçiriləcək OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə rəsmi Moskvanın mövqeyini təqdim edəcək.
İclas iştirakçıları neft hasilatının həcminin azaldılacağına dair ümumi razılaşmanın mümkün olacağına işarə etsələr də, konkret rəqəmləri açıqlamayıblar. Mütəxəssislərin rəyinə görə, OPEC-ə üzv ölkələr gündəlik hasilatı ümumilikdə 1,3 milyon barrel azaldılmasını nəzərdən keçirirlər.
Səudiyyə Ərəbistanının Energetika naziri Xalid əl-Falih jurnalistlərə verdiyi açıqlamada, hasilatın azaldılmasının gündəlik 1 milyon barel olmasının yetərli olacağını deyib. Bazar azaltmanın 1,3 milyon barel olacağını gözləyirdi.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Əl-Falih "Hələ bir razılaşma yoxdur, Rusiya hələ də variantları qiymətləndirir. Müqavilə olsa da olmasa da nəticələrinə hazırıq. Bütün ölkələr yükü bərabər şəkildə paylaşmalıdır. Neftin qiymət səviyyəsilə bağlı ABŞ ilə görüşməmişik", -ifadələrini istifadə edib.
Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən il noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.
Son həftələrdə dünya bazarında neftin qiymətinin ucuzlaşması hasilata yenidən baxılması ehtiyacı yaradıb. OPEC qeyri-OPEC ölkələrinin də iştirakı ilə hasilatda düzəlişlər aparılacağına və bazarda qiymətin sabitləşəcəyinə ümid edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 saat əvvəl
-
-
22 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti

























