“Neftin qiyməti aşağı düşsə, daha aşağı mənfəət vergisi əldə edə bilərik”

“2019-cu ilin dövlət büdcəsinin bilavasitə neftin qiyməti ilə bağlı olan parametri yalnız Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) xarici valyuta ilə satışlarından ödədikləri mənfəət vergisi ilə bağlıdır. Yəni, neftin qiyməti aşağı endiyi təqdirdə biz daha aşağı mənfəət vergisi əldə edə bilərik”.
Bunu maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, digər hallarda büdcə faktiki olaraq sığortalanıb.
“Burada digər parametr - icmal büdcə də var. Bu büdcə ilk növbədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirləridir. Yəni bu gün bizin təqdim etdiyimiz büdcədə neftin qiyməti 60 ABŞ dolları olduğu təqdirdə, büdcə xərcləri, həmçinin ARDNF-nin bəzi xərcləri icra edildikdən sonra Fondun cari ildə aktivləri 2,5 mlrd. dollar artacaq”.
Nazir əlavə edib ki, büdcə üzrə müəyyən risklər də mövcuddur: “Əgər neft qiymətləri biz müəyyən etdiyimizdən aşağı olarsa öncə biz təmkinli olmalıyıq. Dərhal nəyisə dəyişməməliyik, “counter split” siyasəti yürütməliyik. Orta rəqəm götürməliyik. Orta rəqəm də 60 dollardır. Neftin qiymətinin 45 dollar olması ssenarisində isə ARDNF-nin ilin sonuna olan aktivləri ötən ilin sonuna nisbətən dəyişməyəcək. Burada biz 45 mlrd. dollarlıq aktivlərdən danışırıq. İlin sonuna qədər bu aktivlərin bir qədər də artması gözlənilir”.
S.Şərifov dünya bazarında neft qiymətinə digər amillərin də təsir etdiyini qeyd edib: “Nəticə etibarı ilə vacib amil tələb-təklifdir. Müvəqqəti amillər, siyasi söz müdaxilələri bazara həm müsbət, həm də mənfi təsir edir. Amma bu təsirlər müvəqqəti də ola bilər. Digər tərəfdən də neft qiymətinin 140 dollardan 27 dollara qədər düşməsi bizim yaddaşımızda qalıb. Biz görmüşük ki, bu səviyyəyə düşsə də, heç bir iqtisadi reallığı əks etdirmir. İqtisadi reallıq onun üzərində qurulub ki, bazara təkliflər verən şist neft şirkətləri tədricən müflisləşməyə, sıradan çıxmağa başladılar. Həmin şirkətlərin böyük hissəsini artıq iri neft şirkətləri alıblar. Artıq şist neftin istehsalı ilə onlar məşğuldur. Onlar isə bir barel neftin hasilat qiymətini yaxşı bilirlər. Nəticə etibarı ilə neftin kəskin ucuzlaşması onun istehsalına, dünya bazarının neftlə təchizatına orta müddətli çərçivədə çox mənfi təsir göstərir. Ona görə də burada balans gözlənilməlidir”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Report
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
9 d. əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 12 d. əvvəl
-
-
56 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu
-
1 saat əvvəl
Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb
-
1 saat əvvəl
Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
2 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
Son Xəbərlər

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Rəsmi məzənnələr açıqlandı

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Azərbaycanda Dövlət Suverenliyi Günüdür
