"Nə qədər çox vaxt sərf edirik, qiyməti bir az da baha olur"
Ölkəmizin cənub bölgəsində ağacoyma sənəti ilə də məşğul olan sənətkarlardan biri də lənkəranlı Samir Həbibovdur.
S.Həbibov bu sənətin incəliklərini hələ uşaq yaşlarından atası Etibar Həbibovdan öyrənib. O, əsasən ağac materiallarından suvenirlər hazırlayır.
Otuz altı yaşlı usta rəssamlıqla bağlı olan ağacoyma sənətinin olduqca çətin, səbir və yaradıcılıq tələb edən sənət növü olduğunu bildirib: “Bu sənət növü insandan səbir, bacarıq, güclü yaddaş, eyni zamanda ideya və yaradıcılıq tələb edir. Diqqətli olmayan, təxəyyülünü, xəyal gücünü işə salmayan insan bu sənət növündə uğur qazana bilməz”.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
Gənc usta suvenirləri hazırlayarkən əsasən ağac materiallarından - qoz, şabalıd, fıstıq, şaftalı, dəmirağacından istifadə edir. Maraqlı cəhət budur ki, o, hazırladığı suvenirləri rəngləmir. Bunun səbəbini isə belə izah edib: “Çox vaxt ustalar bu sənət növündə buraxdığı səhvləri rənglə görünməz edirlər. Hesab edirəm ki, hazırlanan fiqurda əsas şərt materialın gözəlliyidir”.
Süni rənglərdən istifadə etməyən usta deyir ki, təbii ağacların orijinal rəng zümzüməsi var. Onun yüksək keyfiyyətlə hazırladığı zərif əl işləri, milli musiqi alətlərimizi əks etdirən suvenirlər turistlər tərəfindən böyük rəğbətlə qarşılanır.
Hazırladığı suvenirlərin qiymətinə gəlincə oymaçı deyib: “Bu işdə əsas vaxtdır. Nə qədər çox vaxt sərf edirik, qiyməti bir az da baha olur. Əl işidir deyə, xırdalıqları da var. Əl işlərimin arasında ən aşağı qiymət on, ən yuxarı qiymət isə min manatdır”.
Samir Həbibov 2017-ci ildən Masallı şəhərindəki “ASAN həyat” kompleksindəki ABAD (Ailə Biznesinə Asan Dəstək) Mərkəz ilə də əməkdaşlıq edir. Onun hazırladığı müxtəlif növ suvenirlər ABAD-ın satış mərkəzlərində satılır.
O, ABAD mərkəzi ilə əməkdaşlıqdan razı qaldığını, buradan hər ay ailə büdcəsinə orta hesabla 400 manat daxil olduğunu bildirib.
Müştərilərinin əsasən Bakı və Şəki şəhərində olduğunu vurğulayan lənkəranlı sənətkar hazırladığı suvenirlərin çeşidini artırmaq niyyətindədir: “Emalatxanam darısqal olduğundan çətinlik çəkirəm. Arzum budur ki, doğulduğum Lənkəranda, o cümlədən Bakıda əl işlərimdən ibarət sərgi təşkil edilsin”.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
3 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 1 saat sonra
-
- 11 d. əvvəl
- 25 d. əvvəl
-
41 d. əvvəl
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
-
47 d. əvvəl
Alüminiumun qiymətində 2008-ci ildən bəri ən kəskin aylıq ucuzlaşma
-
56 d. əvvəl
"Avtoicbari sığortası üzrə hər il 100-120 milyon manat təzminat ödənilir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Rusiya yanacaq idxalına başlaya bilər
Kreml yanacaq idxal edəcəyi ölkələrin adını gizli saxlayacaq
100 manatlıq 1 istiqraz üzrə investor illik 16 manat faiz gəliri əldə edəcək - 2 milyon manatlıq yeni istiqraz
Ən çox oxunanlar
İyulun 1-də gözlənilən hava şəraiti
"Azərbaycan Dəmir Yolları" 2 şirkətini birləşdirir
Mənfəət artıb, balansı kiçilib: Şirkətin 2025 hesabatı
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
“Mazda Azərbaycan”dan 12,8 milyon manatlıq satış


























