Bakutel-2018 sərgisində Bakcell ən son texnologiyaları nümayiş etdirəcək
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti qarşıdan gələn “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında fəal iştirak etməyə hazırlaşır.
İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell öz ənənəsinə sadiq qalaraq bu il də ziyarətçiləri və sərgi iştirakçılarını böyük məmnuniyyətlə öz stendinə dəvət edərək, ən müasir texnologiyaları, rahat və müasir məhsul və xidmətlərini, şirkətin son nailiyyətlərini onlara nümayiş etdirəcək, habelə onlar üçün bir sıra əyləncəli tədbirlər, maraqlı oyunlar və müsabiqələr təşkil edəcək.
“Bakutel sərgisi telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərin əldə etdikləri ən son uğurlarını nümayiş etdirmələrinə və ziyarətçilərin, xüsusi ilə də peşəkar və müasir istifadəçilərin ən son texnologiyalar və innovasiyalarla tanış olmalarına imkan yaradan bir layihədir. Mən əminəm ki, Bakcell şirkətinin stendi həmişəki kimi bu il də ziyarətçilər üçün olduqca cəlbedici olacaq və bütün qonaqlar və sərgi iştirakçıları üçün xoş bir sürprizə çevriləcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
“Bakutel-2018” sərgisində quraşdırılacaq Bakcell stendinin qonaqları tanınmış OOKLA şirkəti tərəfindən sınaqdan keçirilmiş və Azərbaycanın Ən Sürətli Mobil Şəbəkəsi adına layiq görülmüş Bakcell şəbəkəsinin imkanları ilə tanış olmaq fürsəti qazanacaqlar.
Bundan əlavə, sərgi ziyarətçiləri Bakcell şirkətinin yeni istifadəyə verilmiş “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq, müştəri xidmətləri ilə canlı əlaqə yaradıb maraqlandıran sualları vermək, mobil əlavəni sınaqdan keçirib onun maraqlı və unikal funksiyaları barədə məlumat almaq imkanına malik olacaqlar.
Bakcell stendində həmçinin ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot variantından istifadəyə tam hazır məhsul variantınadək çatdırılmasında gənc yerli developerlərlərə kömək edən AppLap inkubasiya mərkəzi vasitəsilə gənc Azərbaycanlı startaplar tərəfindən yaradılmış 2 layihə təqdim ediləcək.
Nəhayət, Bakcell şirkətinin “Bakutel 2018” stendinin ziyarətçiləri sərgidən əyləncəsiz ayrılmayacaqlar. Onlar “Ulduzum” tərəfindən təşkil edilmiş labirint oyununda iştirak edib şənlənməyə, hədiyyələr qazanmağa və Bakcell şirkətinin bu maraqlı loyallıq proqramı barədə məlumatlanmağa dəvət olunacaqlar.
Bu il Bakcell stendində həmçinin “Wi-Fi Evinizdə” sahəsi də mövcud olacaq ki, orada qonaqlar rahat ev şəraitində “Virtuall Realliq” proqramında futbol oynamaq, mini qonaq otağında dincəlmək və ölkənin ən sürətli mobil internetdən istifadə etmək imkanına malik olacaqlar.
Mehriban və əyləncə dolu bir mühitdə ən müasir texnologiyalardan istifadə etməklə unudulmaz təəssüratlar əldə etmək üçün Bakcell şirkəti “Bakutel 2018” sərgisinin bütün ziyarətçilərini öz sərgi stendinə dəvət edir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 32 d. əvvəl
- 41 d. əvvəl
-
52 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 57 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb











.jpg)





.jpg)




