Minlərlə sürücü avtomobili öz adına keçirtməyə məcbur qala bilər
“Qala Sığorta” şirkəti avtomobillərin icbari sığortası üzrə təkliflə çıxış edib. Şirkətin İdarə Heyətinin sədr müavini Taleh Yunsurov bildirib ki, təklifə əsasən, icbari sığorta müqaviləsi yalnız avtomobilin sahibinin, yəni avtomobilin texniki pasportunda adı keçən şəxsin adına yazılmalıdır. Əgər bu təklif qəbul edilərsə, avtomobili etibarnamə ilə idarə edən sürücülər icbari sığortanı əldə etmək üçün avtomobilin sahibini tapmalı olacaqlar. Reallıqda isə, bu o qədər də asan məsələ deyil.
Təklifə əsasən, avtomobili etibarnamə ilə idarə edən şəxslər qəza törətsələr də sığorta şirkəti zərəri qarşılayacaqdır. Bu zaman Bonus-Malus balları avtomobilin sahibinin adına yazılacaq.
Hazırda Azərbaycanda təkrar bazarda avtomobillərin böyük hissəsi etibarnamə ilə alınıb-satılır.
"Marja"nın məlumatına görə, ekspertlər bildirirlər ki, bu təklif hər kəsin avtomobili öz adına rəsmilşədirməyə məcbur etməyə xidmət edə bilər. Eyni zamanda, bu təklif reallaşsa adına avtomobili etibarnamə ilə satan şəxslər icbari sığortanı daha baha əldə etməli olacaqlar. Təklif qəbul edilərsə, etibarnamə ilə avtomobil satmağa və almağa da maraq azala bilər.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
“Tutaq ki, Məmmədin adına 5 avtomobil var və hamısını etibarnamə ilə satıb. Avtomobili etibarnamə ilə avtomobili alan 5 nəfər icbari sığortanı Məmmədin adına yazdırmalıdır. Bir müddət sonra bu 5 sürücünün 3-ü qəza edir. Bu halda, Bonus-Malus ballarına görə, Məmməd öz avtomobilinin icbari sığortası üçün 100 manat əvəzinə, 250 manat ödəməli olacaqdır. Və ya Məmməd 5 avtomobilini sataraq Almaniyaya gedib. Belə olan halda avtomobili etibarnamə ilə alanlar icbari sığortanı əldə edə bilməyəcəklər. Çünki Məmməd Almaniyada yaşayır. Nəticədə də İcbari sığorta olmadığından Yol Polisi cərimə yazacaqdır. İcbari sığorta bazarında müəyyən bir etimad yarandığı bir dövrdə belə bir qərar eimadsızlığın artmasına gətirib çıxarda bilər”, - təklifə münasibət bildirən Mobil Sığorta Xidməti bildirib.
Təklif edilir ki, avtomobilin özəlləşdirilməsi proseduru tam sadələşdirildikdən sonra bu təklif tətbiq edilə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




