Sığorta bazarının göstəriciləri açıqlandı
2018-ci ilin yanvar-oktyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 617.2 mln. manat məbləğində sığorta haqları toplanıb, 205.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Bu barədə "Marja"ya Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.
2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 462 milyon 653 min manat sığorta haqqı toplanmışdı. Həmin dövr ərzində sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 204 milyon 637 min manat təşkil etmişdi. Beləliklə, sığorta bazarı 33% artıb.
Cari ilin 10 ayında Könüllü sığorta bazarı üzrə haqlar 450.8 mln. manat, ödənişlər isə 149.7 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 166.4 mln. manat, ödənişlər isə 56.2 mln. manat olub.
2018-ci ilin yanvar-oktyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73.0%-i könüllü, 27.0%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72.7%-i könüllü, 27.3%-i isə icbari sığorta növləri hesabına formalaşıb.
2018-ci ilin yanvar-oktyabr ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























