“AzerTelecom”un kommersiya rəhbəri maliyyə texnologiyalarından (Fin Tech) danışıb
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev Bakıda keçirilmiş “Dayanıqlı İnkişaf üçün Potensialları Reallaşdıraq” adlı 9-cu Azərbaycan Mikromaliyyə Konfransı və “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi layihəsi”nin rəsmi təqdimatına həsr edilmiş tədbirdə məruzəçi qismində iştirak edib.
Belə ki, konfrans çərçivəsində keçirilmiş “Mikromaliyyələşmənin rəqəmsallaşması: Çətinliklər və imkanlar” adlı sessiyada çıxış edən Samir Nuriyev maliyyə texnologiyaları (FinTech), maliyyə xidmətlərinin rəqəmsal kanallar vasitəsilə təmin edilməsi, Blokçeyn texnologiyasının maliyyə əməliyyatlarında tətbiqi və üstünlükləri barədə danışıb. O dünyada müasir maliyyə texnologiyalarının ölkələrin iqtisadiyyatlarının müxtəlif sahələrində tətbiqindən bəhs edib. Qeyd olunub ki, hazırda dünya miqyasında rəqəmsallaşma fonunda rəqəmsal maliyyə texnologiyalarına sürətli keçid baş verir. Yeni texnologiyaların tətbiqi, müştərilərə göstərilən maliyyə xidmətlərinin rəqəmsallaşması dayanıqlı inkişafın təmin edilməsində mühüm rol oynaya bilər.
Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində Azərbaycanda rəqəmsallaşma və mikromaliyyələşmə mövzularında danışıblar. Çıxışlarda maliyyə xidmətlərinə çıxışı olmayan əhali qrupuna xidmət etmək üçün yeni imkanlar, maliyyə institutlarının mobil şəbəkə operatorları ilə əlaqələndirilməsi, rəsmi maliyyə institutlarının bütöv məhsul və xidmətlərini mobil pul agentlikləri vasitəsilə təklif etmək imkanları kimi mövzulara toxunulub, faydalı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 22-23 noyabr tarixlərində keçirilmiş konfrans Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), VoİP xidməti, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 saat əvvəl
-
-
9 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
9 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb


























