"İndi də vergidən yayınmaq üçün xərcləri şişirdəcəklər"
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər sadələşdirilmiş verginin əhatə dairəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırmağı hədəfləyib. Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev Facebook səhifəsində bildirib.
Onun sözlərinə görə, məcəlləyə edilən təklifə görə, ticarət sektorunda çalışanlar dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergidən kənarda qalır. Belə ki, illik dövriyyəsi 200 000 manatı ötməyən pərakəndə ticarətçilərin mikrosahibkar statusu ilə 75%-lik güzəşt edilməklə 20%-lik gəlir vergisi rejimində çalışması təklif olunur. 200 min manatdan yuxarı pərakəndə ticarətçilər ƏDV məqsədləri üçün qeydiyyat rejimində çalışacaqlar.
Topdansatış ticarətçilərə ümumiyyətlə dövriyyədən asılı olmayaraq sadələşdirilmiş verginin ödəyici olmaq hüququ verilmir.
İşçi sayı 5 nəfərdən çox olan istehsal müəssisələrinin sadələşdirilmiş verginin ödəyici ola bilməməsi məqsədəuyğun sayılır. Bu müəssilər də dövriyyə həcminə görə mikro müəssisə statusuna malik olduqda, 75%-lik güzəşt edilməklə 20%-lik gəlir vergisi rejimində çalışacaqlar. 200 min manatdan yuxarı pərakəndə ticarətçilər ƏDV məqsədləri üçün qeydiyyat rejimində çalışacaqlar.
Nəhayət, əhali istisna olmaqla iqtisadiyyatın yerdə qalan bütün institusional vahidləri üçün (hüquqi şəxslər və fərdi sahibkarlar, dövlət müəssisləri) xidmət göstərən, iş görən sahibkarlar da sadələşdirilmiş verginin ödəyici ola bilməyəcək. Onlar da mikromüəssisə statusu qazandıqda, yuxarıda göstərilən qaydada güzəştli gəlir vergisi şəraitində çalışa biləcəklər.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Eyni zamanda, lisenziya tələb olunan fəaliyyətlər, xəz-dəri məmulatlarının satışı, qızıl və qızıl məmulatlarının satışı sadələşdirilmiş vergidən kəanrda qalacaq.
İndiki variantda, məsələn, ticarət üçün bu varinat çox sərfəli görünür.
Məsələn, 200 000 min manatlıq illik dövriyyəsinin 150 000 manatı məhsulun maya dəyəri olan mağaza üçün 5% gəlir vergisi ödəmək daha sərfəlidir, nəinki 200 000 manat üçün 4% sadələşdirilmiş vergi ödəmək.
"Lakin indiki halda xırda sahibkarlar üçün çox dəqiq və peşəkar mühasibatın köməyi ilə xərclərin və anbarın uçotunu təşkil etmək, bir sözlə yaxşı sənədləşmə lazım gələcək. Bir də əvvəlki dövrlərdə olduğu kimi yenə də vergidən yayınmaq üçün xərcləri şişirtmək üçün min cür sxemlər qurulacaq. Nəticədə vergi sisteminin daima və intensiv yoxlamaları üçün tələbat artacaq.Sadələşdirilmiş vergidə isə xərclər əhəmiyyətini itirdiyi üçün belə sxemlərə ehtiyac yox idi. Vergi inzibatçılığı üçün dövriyyəni izləmək daha asandır, nəinki xərcləri...
Hər halda təklif olunan dəyişiklikıərin nə dərəcədə effektiv olduğunu gələn il bu zamanlar rahatlıqla müzakirə etmək olacaq..." -deyə iqtisadçı bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 9 saat əvvəl
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
23 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?



















.jpg)




