Prezident Təzəpir məscidinin ətrafında görülən işlərlə tanış olub - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin ətrafındakı ərazidə yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq-quruculuq işləri çərçivəsində həyata keçirilən tədbirlərin icra vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi.
Prezident İlham Əliyevin 2016-cı ilin avqustunda imzaladığı müvafiq sərəncamlarla ayrılmış vəsaitlər hesabına Bakı şəhərinin Yasamal rayonunda yerləşən Füzuli meydanı ətrafındakı ərazidə yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin görülməsi, habelə Təzəpir məscidinin ətrafındakı ərazinin abadlaşdırılması, buranın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və ziyarətə gələnlərə avtomobillərini saxlamaları üçün imkan yaratmaq məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həmin ərazidə iri həcmli layihələrin icrasına başlanılıb.
İlkin mərhələdə Statistika dairəsi-Nərimanov heykəli-Füzuli meydanını əhatə edən 26 hektar ərazidə tıxacların aradan qaldırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mühüm işlər görülüb. O cümlədən Füzuli meydanını Nərimanov prospekti ilə birləşdirən yeni prospekt salınıb, yeni yol qovşaqları tikilib və mövcud küçələr genişləndirilib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
Növbəti mərhələdə isə Təzəpir məscidinin qarşısında xüsusi bağın salınması, Füzuli küçəsi boyunca Mərkəzi Parkın Nəriman Nərimanov prospektinədək davam etdirilməsi, əhali üçün istirahət-əyləncə guşələrinin yaradılması nəzərdə tutulur. Bununla da Bakı şəhərində yaşıllıq zonalarının artırılması və şəhərin ekoloji vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində növbəti mühüm addım atılmış olacaq.
Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə paytaxtımızda həyata keçirilən abadlıq-quruculuq işləri, şəhər sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni-yeni yaşıllıq sahələrinin salınması, paytaxtın qədim tarixi memarlıq nümunələrinin bərpası və yeni, müasir binaların tikilib istifadəyə verilməsi nəticəsində Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib.
Bu istiqamətdə aparılan işlərin miqyası getdikcə daha da genişlənir. Paytaxtımızda yeni, çoxmərtəbəli müasir binaların və digər sosial obyektlərin inşası ilə yanaşı, şəhərin inkişaf tempinə uyğun gəlməyən, paytaxtımızın müasirlik ansamblını pozan tikililərin sökülməsi ilə bağlı da mühüm layihələr icra edilib. Həyata keçirilən bu cür layihələr arasında keçmişdə “Sovetski” adlanan məhəllənin sökülməsi böyük əhəmiyyəti ilə seçilir. Bu məhəllənin sökülməsi Bakının daha da müasirləşdirilməsi istiqamətində görülən işlərin davamı olmaqla, şəhərin Baş Planının icrasının təmin olunmasına, habelə paytaxtda yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına da böyük töhfə verdi. Bu ərazidə salınan yeni yollar Bakıda nəqliyyatın rahat və təhlükəsiz hərəkətinin təmin edilməsində, şəhərdə tıxacların azaldılmasında mühüm rol oynadı. Bu layihənin icrası həm də paytaxt sakinlərinin və Bakıya gələn çoxsaylı turistlərin mədəni istirahəti üçün müvafiq şəraitin yaradılması və şəhərin ekoloji durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin də davamlı olduğunu bir daha nümayiş etdirir.
Aparılan işlərin gedişi ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 44 d. əvvəl
-
-
4 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
4 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
4 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























