"Dekabrda bazara Noyabrdan daha az neft verəcəyik"
Ötən cümə günü xam neft qiymətləri, Oktyabr ayındakı 85 dollardan 70 dollara düşməsinin ardından Səudiyyə Ərəbistanı tədbirlər görməyə hazırlaşır. Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falih, Dekabr ayında dünya bazarlarına verdikləri xam neft miqdarını gündəlik 0.5 milyon barrel azaldacaqlarını bildirib.
"Marja" xəbər verir ki, Xalid əl Falih dünən jurnalistlərə etdiyi açıqlamada, "Aramco" neft şirkətinin alıcılarından qəbul edəcəyi xam neft sifarişlərinin Noyabr ayına nisbətən Dekabr ayında gündəlik 500 min barel düşəcəyini və bunun mövsümi bir tələb azalmasından qaynaqlanacağını söyləyib.
Səudiyyə Ərəbistanı öz istehsalını, Amerika sanksiyaları səbəbindən azalan İran hasilatını kompensasiya etmək üçün ABŞ Prezidenti Donald Trampın və digər istehsalçıların göstərdiyi təzyiqə baxmayaraq, bu il ancaq gündəlik bir milyon barrelə qədər artırmışdı.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Ancaq İranın bəzi neft alıcılarına ABŞ tərəfindən möhlət verildi. Sanksiyaya baxmayaraq 8 ölkə İrandan neft almaqda davam edəcək. Bu yenidən bazarda təklif artıqlığı olacağı qayğıları yaradıb. Xam neft qiymətləri Cümə günü, Oktyabr ayındakı 85 dollardan 70 dollara düşüb.
Abu Dabidə OPEC üzvü və üzv olmayan istehsalçılar arasında keçirilən toplantıya qatılan Falih, "Biz istehsalı tələbata cavab verəcək qədər artırırıq" - deyib.
"Sizə bu xəbəri verə bilərəm: Dekabr sifarişləri Noyabrdan 500,000 barel daha az olacaq. Yəni Dekabr ayında bazara Noyabrdan daha az neft verəcəyik".
İki mənbənin Reuters-ə verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı, OPEC-ə üzv olan və olmayan ixracatçıların hasilatı gündəlik 1 milyon barrelə qədər azaldılması təklifini qiymətləndirir.
Rusiya 2017-2018 dövründə bazarın tənzimlənməsində çox böyük rol oynamışdı. Ancaq Rusiyanın energetika naziri Aleksandr Novak, gələn il təklif artıqlığı olacağına əmin olmadığını deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
26 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
47 d. əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq






















