"İki milyarda yaxın pulun hesabatı niyə verilmir?"
Azərbaycanda hesabatlılıq sahəsində ciddi çatışmazlıqları olan qurumlardan biri də Maliyyə Nazirliyidir. Bu qurum idarəetməsində olan vəsaitlərlə bağlı ictimaiyyətə demək olar ki, heç bir məlumat açıqlamır.
İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, Azərbaycanda Dövlət Neft Fondu, Mərkəzi Bankdan sonra irihəcmli dövlət vəsaitlərinin toplandığı 3-cü mənbə Maliyyə Nazirliyidir: “Azərbaycan hökumətinin sərəncamında iri məbləğdə ehtiyatlar var. Neft Fondunun və Mərkəzi Bankın sahib olduğu 45 milyard dollara yaxın valyuta aktivlərini nəzərdə tuturam. Amma üçüncü mənbə də var - Maliyyə Nazirliyinin sərəncamında olan və məbləği 1.2 milyard dollara yaxınlaşan ehtiyatlardan söhbət gedir”.
Ekspert bildirir ki, “Büdcə sistemi haqqında” Qanuna əsasən cari maliyyə ilinin sonuna büdcənin xərclənməyən, xəzinə hesabında qalan vəsaitlər növbəti ilə keçmir, sərbəst qalıqların hamısı vahid xəzinə hesabına köçürülür:
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
“Əgər büdcə kəsirini qapatmaq və ya normativ çərçivəsində müdafiə olunan xərc maddələrinin maliyyələşməsinə sərf edilmirsə, həmin vəsaitlərin tamamı vahid xəzinə hesabında ehtiyat kimi qalır. Bu ehtiyatların saxlanmasına və idarəetməsinə isə Maliyyə Nazirliyi səlahiyyətlidir. Təəssüf ki, Neft Fondunun ehtiyatlarından fərqli olaraq dövlət büdcəsinin xəzinə qalıqları hesabına formalaşan ehtiyatların idarəçiliyi ilə bağlı hesabatlılıq çox məhduddur, Maliyyə Nazirlyinin saytında bu barədə, ümumiyyətlə, məlumat yoxdur.
Amma indi Hesablama Palatası ilk dəfə xeyli informasiya açıqlayıb. Məlum olub ki, 2018-ci ilin ortalarına büdcə ehtiyatının məbləği 1.982 milyard manatdır. Onun 981 milyon manatı qanunvericiliyə uyğun olaraq saxlanmaq üçün Neft Fonduna, 19.8 milyon manatı isə Beynəlxalq Banka verilib, daha 163 milyon manatı KapitalBankda yerləşdirilib. 147,6 milyon manatı isə digər kateqoriyalara aid edilməklə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə və “Azərbaycan Dəmir Yolları” QSC-yə il ərzində qaytarmaq şərti ilə büdcə ssudası kimi verilib. Təsəvvür edirsiniz, dövlətin maliyyə resurslarının istifadəsinin qanunauyğunluğuna birbaşa səlahiyyətli olan Maliyyə Nazirliyi qanunda nəzərdə tutulmadığı halda, dövlət resurslarını dövlət şirkətlərinə borc verir".
R.Ağayevin fikrincə, ümumiyyətlə, hökumətin sərbəst maliyyə resurslarının banklarda yerləşdirilməsində ədalətli mexanizmlər olmalıdır: “Burada söhbət təkcə xəzinə qalığından getmir. Yaxınlarda Rusiyada hökumətin sərbəst vəsaitlərinin kredit təşkilatlarında müsabiqə yolu ilə yerləşdirilməsi ilə bağlı qaydalar qəbul edildi. Bu tip qaydanın tətbiqinə bizdə də ehtiyac var. Yeri gəlmişkən, son illər həcmi 1.5-2 milyard manatdan az olmayan xəzinə ehtiyatının istifadəyə verilməsindən dövlət büdcəsi ən yaxşı halda 3-4 milyon manat gəlir əldə edib. Yəni gəlirlilik 0.2-0.3 faiz olub. Uzun illər Britaniya hökumətində məsləhətçi kimi çalışmış Malqan ”Dövlət strategiya sənəti" adlı əsərində yazır ki, Maliyyə Nazirliyi zəifdirsə və bu qurumun strateji yanaşması yoxdursa, bütövlükdə hökumətin strateji vizionunun olması çətindir. Yəni açar qurumdur Maliyyə Nazirliyi".
Onu da qeyd edək ki, 2019-cu ildə vahid xəzinə hesabının qalığının (sərbəst qalıq vəsaitlərinin) idarəetməyə verilməsindən cəmi 1 milyon manat gəlir əldə ediləcəyi proqnozlaşdırılır. Bu isə 2017-ci ilin müvafiq icra göstəricisindən 6153,9 min manat və ya 7,2 dəfə, 2018-ci ilin proqnoz göstəricisindən isə 5300,0 min manat və ya 6,3 dəfə azdır.
Hesablama Palatası bildirir ki, 2018-ci ilin dövlət büdcəsində büdcə ssudası ilə bağlı vəsait nəzərdə tutulmayıb: “Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi Qaydaları”na əsasən də vahid xəzinə hesabının qalığından büdcə ssudalarının verilməsinə istifadə olunması müəyyən edilməyib".
Palatanın rəyinə görə, vahid xəzinə qalığından Dövlət Neft Fondunun idarəetməsində olan vəsaitlərə görə cari ilin 6 ayının yekunları üzrə 6,2 milyon ABŞ dolları məbləğində faiz gəlirləri hesablansa da, qeyd olunan mənbə üzrə vəsait daxil olmayıb: “Qeyd olunan mənbə üzrə büdcədə nəzərdə tutulmuş məbləğ yalnız ”Kapital Bank" ASC-də yerləşdirilmiş vəsaitlər üzrə nəzərə alınıb. Cari ilin 8 ayında vahid xəzinə hesabının sərbəst qalıq vəsaitlərinin idarəetməyə verilməsindən dövlət büdcəsinə 2454,0 min manat vəsait daxil olub ki, bu da 2018-ci il üçün nəzərdə tutulmuş məbləğin (6300,0 min manat) 39,0 faizini təşkil edir".
YATIRIMDA QAZANMAĞI ÖYRƏNMƏK ÜÇÜN SEMİNARA QATIL
©“Yeni Müsavat”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 12 d. əvvəl
-
-
22 d. əvvəl
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
-
33 d. əvvəl
Bakı-Sumqayıt ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılacaq
- 34 d. əvvəl
-
52 d. əvvəl
ABB 2025-ci ili artan mənfəət və güclənən kapital göstəriciləri ilə başa vurub
-
54 d. əvvəl
Rəqəmsal bankçılıqda yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin
-
1 saat əvvəl
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
-
1 saat əvvəl
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
-
2 saat əvvəl
Daha 9 şəxs “Startap” şəhadətnaməsi aldı - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Prezident süxurların partladılması üçün rəmzi düyməni basdı - Çinə 1,6 milyard manatlıq məhsul ixrac olunacaq
ABB-nin biznes kreditləri portfelində daha sürətli artım olub
"Dövlət istiqrazlarının böyük hissəsi büdcədən vəsait alan hüquqi şəxslərin əlində cəmləşib"
“OBA” beynəlxalq mükafat - SAP Quality Awards 2025-in qalibi oldu
Ən çox oxunanlar
Agentlik şirkətin provayder kimi uçotunu ləğv etdi
Azərbaycanda "Starlink"in istifadə edildiyi sahələr açıqlanıb
Biznes bankçılıqda daha çox rahatlıq – Expressbank
























