Bakı Nəqliyyat Agentliyi də “Hökumət Ödəniş Portalı”na inteqrasiya olundu
Mərkəzi Bank tərəfindən cərimə, vergi, rüsum, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə yaradılmış “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
Mərkəzi Bankdan "Marja"ya daxil olmuş məlumata görə, Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birgə fəaliyyət nəticəsində təşkilatın daxili informasiya resursu portala inteqrasiya olunmuş, dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələr üzrə ödənişlərin portal vasitəsilə qəbul edilməsi təmin edilmişdir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
02.11.2018-ci il tarixindən başlayaraq BNA tərəfindən cərimə olunmuş vətəndaşlar və hüquqi şəxslər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və “Azərpoçt” MMC-nin 2000-dən çox filial və şöbələrində, 1000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və İOS platformalı) istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada ödənişlərini apara bilərlər.
Müştərilərin xəbərləri
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
2 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Ən çox oxunanlar
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
"Yapı Kredi Bank Azərbaycan" mobil tətbiqini yeniləyib



























