“Qala Həyat” 2018-i mənfəətlə yarılayıb
“Qala Həyat” Sığorta Şirkəti ASC 2018-ci ilin birinci yarısını təxminən 784 min manat xalis mənfəət ilə başa vurub.
“Marja” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, cari ilin yanvar-iyun dövründə “Qala Həyat”ın cəmi gəlirləri 15 milyon 324 min manat, cəmi xərcləri isə 14 milyon 540 min manat təşkil edib.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin birinci yarısında “Qala Həyat”ın cəmi gəlirləri 18 milyon 736 min manat, cəmi xərcləri 17 milyon 627 min manat, xalis mənfəəti isə 1 milyon 109 min manat təşkil etmişdi.
Müqayisə olunan dövrdə şirkətin topladığı sığorta haqları 8 milyon 760 min manatdan 7 milyon 487 min manata, sığorta ödənişləri isə 11 milyon 363 min manatdan 9 milyon 439 min manata geriləyib. Şirkətin aktivləri isə 40 milyon 457 min manatdan 33 milyon 977 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























