İlin sonunadək Bakcell 400-ə yaxın yeni 4G stansiyası istifadəyə verəcək
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti bu ilin sonunadək ölkə ərazisində 400-ə yaxın yeni 4G baza stansiyası istifadəyə verəcək.
Bu barədə “Marja”ya şirkətdən bildirilib.
Şirkət 2018-ci il ərzində mobil internet xidmətlərini ölkənin regionlarına doğru genişləndiriməyə davam edib. İl ərzində istifadəyə verilmiş 380 LTE (4G) stansiyasından 120-si ölkənin müxtəlif bölgələrində quraşdırılıb. Bunun sayəsində “Bakcell”in yüksək keyfiyyətli 4G xidməti artıq Bakı və Abşeron yarımadası ilə yanaşı, Azərbaycanın 40-a yaxın region və şəhər mərkəzində mövcuddur.
Bu gün Bakcell istifadəçiləri ümumilikdə 7000-dən çox baza stansiyası vasitəsilə ölkənin ən etibarlı, ən sürətli və ən iri mobil şəbəkəsinin bütün üstünlüklərindən tam şəkildə yararlanmaq imkanına malikdirlər. Bundan əlavə, əhatə dairəsi və şəbəkə həcmi baxımından ölkənin ən böyük 4G (LTE) şəbəkəsi “Bakcell”ə məxsusdur. Şirkətin 1300-dən çox LTE baza stansiyası ilə saniyədə 225 meqabitə qədər sürəti dəstəkləyən 4G şəbəkəsi gündən-günə genişlənir.
Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək üçün şəbəkə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq tədbirlər görür. Nəticədə, abunəçilər ən yüksək keyfiyyətli və etibarlı mobil zəng və internet xidmətinin üstünlüklərindən yararlanırlar.
“Bizim gördüyümüz işlərə yerli və beynəlxalq səviyyədə yüksək qiymət verilir. Bu yaxınlarda Bakcell “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Dünyada tanınmış “Ookla” şirkəti tərəfindən təsdiq edilib ki, Bakcell şəbəkəsi ölkədə ən yüksək orta yükləmə sürəti və ən aşağı gecikmə müddətinə (latency time) malikdir. Mobil şəbəkələrin sınaq və təhlili sahəsində dünyanın ən nüfuzlu qurumu tərəfindən toplanmış bu məlumat Azərbaycandakı istifadəçilərin 18.000 ayrı-ayrı unikal cihaz vasitəsilə həyata keçirdiyi 80.000 sınaq (Speedtest platforması üzərindən) əsasında formalaşıb”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.
Bakcell özünün yüksək keyfiyyətli mobil şəbəkəsinin modernizasiyası və əhatə dairəsinin genişləndirilməsi istiqamətində geniş miqyaslı işlərin həyata keçirilməsini davam etdirir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)


.jpg)








