Ərdoğan: Türkiyə İMF dəftərini təkrar açmamaq şərtilə bağlamışdır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, partiyasının iclasındakı çıxışında iqtisadiyyata dair açıqlamalar verib.
"Marja" xəbər verir ki, Ərdoğan deyib:
"Məndən, "AK Parti" hökumətlərinin ən qürur duyduğum icraatları soruşulsa, ölkəmizi İMF-nin (Beynəlxalq Valyuyta Fondu - BVF) boyunduruğundan xilas etmək olar. Biz hakimiyyətə gələndə Türkiyənin İMF-yə 23,5 milyard dollar borcu vardı. Bu borcu 2013-də tamamilə sıfırladıq. İMF missiyası dövlətlərə borc verir. Bu bir yana, ondan sonra onlar bizdən borc istədilər. Türkiyə 1960 çevrilişinin ardından IMF-nin pəncəsinə düşmüş, AK Partiyaya qədər qurtula bilməmişdir. 19 müqavilədən Türkiyənin nə qazandığını bilmirik, ancaq çox ciddi bədəl ödədiyimizi bilirik. .
Bizim IMF ilə işimiz yoxdur, biz bu dəftəri bağladıq. Biz ölkəmizə sərmayə axtarışdayıq. Bu gün Türkiyənin IMF-nin kredit dəstəyinə və texniki yardımına ehtiyacı yoxdur. İqtisadi göstəricilərimiz çox yaxşı bir vəziyyətdədir. Xüsusilə dövlət,əhali, banklar və özəl sektor borcluluk sahələrində müsbət bir görüntüyə malikdir. Türkiyə güclü maliyyə intizamı və ayaqları yerə basan iqtisadi siyasətlərilə iqtisadiyyatını idarə etmək gücünə malikdir. İl sonuna qədər 5 milyard dollar cari profisit gözləyirik. Türkiyənin BVF ilə yolunun kəsişməsi söz mövzusu ola bilməz. Türkiyə BVF dəftərini təkrar açmamaq şərtilə bağlamışdır. BVF məsələni gündəmə gətirilməsinin səbəbini çox yaxşı bilirik. Nail olmayacaqlar".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq



























