Hacıbala Abutalıbov Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri təyin edilib
Nazirlər Kabineti Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin siyahısında dəyişiklik edib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə əsasən, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası üzvlərinin Siyahısı”nın “Komissiyanın sədri” bölməsində “Abid Şərifov” sözləri “Hacıbala Abutalıbov” sözləri ilə və “Komissiyanın üzvləri” bölməsində “Ceyhun Bayramov” sözləri “Firudin Qurbanov” sözləri ilə əvəz edilib.
Qeyd edək ki, Komissiya:
-avtomobil yollarında yol hərəkətini nizamlayan texniki vasitələrin quraşdırılmasına icazə verir;
-dövlət əhəmiyyətli yollarda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qərar qəbul edir;
-mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, yol hərəkəti təşkilinin perspektiv proqramlarını, kompleks sxemlərini və layihələrini hazırlayan, habelə bunları həyata keçirən fiziki və hüquqi şəxslərə həmin sənədlərdə hərəkət təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitə çirkləndirici maddələr buraxılmasının və tullanmasının, habelə səs-küyün və vibrasiyanın qarşısının alınması və azaldılması istiqamətində nəzərdə tutduqları tədbirlərə razılıq verilməsi məsələsinə baxır;
-şəhər və rayon icra hakimiyyətlərində, nazirliklərdə, dövlət şirkətlərində, konsernlərdə, birliklərdə, idarələrdə, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisələrdə və şəxsi nəqliyyatda yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün aparılan işlərin vəziyyəti ilə bağlı lazımi məlumatlar alır, yol hərəkəti təhlükəsizliyi tədbirlərinin hazırlanmasını istiqamətləndirir, təkliflərinə baxıb, qəbul edilən sənədlərin və yol hərəkəti təhlükəsizliyi tədbirlərinin yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğun olmasını müəyyənləşdirilir;
-avtonəqliyyat vasitələrinin istehsalı, təmiri, servisi, respublikaya gətirilməsi, istismardan çıxarılması, texniki bazarının möhkəmləndirilməsi məsələlərinin yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğun olması barədə təkliflər hazırlayır, lazımi araşdırmalar aparır və qərar qəbul edir;
-yol hərəkəti təhlükəsizliyi tədbirlərinin həyata keçirilməsinə, elmi-tədqiqat, təcrübə-konstruktor işlərinə, yol hərəkətinin təşkili və təbliğinə, yol hərəkəti təhlükəsizliyi tədbirlərinə ayrılan vəsaitlərin əsas istiqamətdə istifadə olunmasına dair təkliflər verir və lazımi hallarda yerinə yetirilməsinə nəzarət edir;
-yol hərəkətinin təmin edilməsi üçün "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinin Dövlət Proqramı"nı hazırlayır və öz fəaliyyətini bu Proqramın və icra hakimiyyəti orqanlarının yerli əhəmiyyətli proqramların yerinə yetirilməsinə yönəldilir;
-yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq təşkilatlar tərəfindən keçirilən tədbirlərdə Azərbaycan Respublikasının iştirakını təmin edir;
-Respublikanın ərazisində "Yol hərəkəti haqqında" Azərbaycan respublikası Qanununun tətbiq olunması üçün icra hakimiyyəti orqanlarının fəaliyyətlərini əlaqələndirilir;
-yol hərəkətləri təhlükəsizliyi üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün müvafiq təkliflər hazırlayır;
-yol hərəkəti təhlükəsizliyi sahəsində normativ sənədlərin Azərbaycan Respublikası ərazisində eyni qaydada tətbiq olunmasına izahat verir;
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
53 d. əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
1 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Bank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nin sponsorudur
-
2 saat əvvəl
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
-
2 saat əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
2 saat əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
Ən çox oxunanlar
Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb, 2 nəfərin nəşi tapılıb
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
























