"Şirkətlərin sürücüləri işə qəbul etmək sərbəstliyi azaldılmalıdır"
"Sərnişindaşıma ilə məşğul olan şirkətlərin avtobus sürücülərini işə qəbul etmək sərbəstliyi bir qədər azaldılmalıdır".
Bunu açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, hazırda sərnişindaşımadakı problemlər, daşıyıcıların işə qəbul məsələsinə laqeyd yanaşması onu deməyə əsas verir ki, bu sahədə dövlətin rolu artırılmalı, sərnişindaşıma fəaliyyəti dövlət qurumu tərəfindən həyata keçirilməlidir.
M.Ağayev onu da deyib ki, sürücülərin peşəkarlığının artırılması diqqət mərkəzindədir: "Bu məqsədlə Sürücü Təlim Mərkəzi yaradılıb və peşəkarlıqla bağlı işlər daha da gücləndiriləcək. Amma mövcud problemilərin həlli üçün sürücülərin işə qəbulu qaydalarında dəyişikliyə nail olmalıyıq. Bu gün sərnişindaşımada qeyri-peşəkar sürücülərin olması daşıyıcıların iş qəbul məsələsinə laqeyd münasibətindən qaynaqlanır. 3 ildir ki, bununla bağlı həyacan təbili çalırıq. Agentlik vəziyyətin normallaşması üçün səlahiyyətləri çərçivəsində müəyyən işlər görür".
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 d. əvvəl
PAŞA Bank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nin sponsorudur
-
33 d. əvvəl
Pilotsuz avtomobillər dünyada və Azərbaycanda: nəqliyyat eksperti Naim Əzizovun baxışı
-
39 d. əvvəl
Rövşən Mahmudov "Grand Agro" şirkətinin Baş İcraçı Direktoru (CEO) təyin olunub
-
42 d. əvvəl
Ərazilərin bərpası üçün 2025-ci ildə 4,5 milyard manata yaxın vəsait sərf olunub
-
46 d. əvvəl
Ötən il dövlət büdcəsində 2,8 milyard manat vəsait istifadə olunmayıb
- 53 d. əvvəl
-
56 d. əvvəl
Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib
-
59 d. əvvəl
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
-
1 saat əvvəl
Ötən il Şuşa, Xankəndi və Laçında kanat yolu üçün xərclənən vəsait məlum olub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Azovda dron hücumuna məruz qalmış gəmilərdəki 19 Azərbaycan vətəndaşı ölkəmizə yola salınıb, 2 nəfərin nəşi tapılıb
Ən çox oxunanlar
"Azərbaycan Banklar Assosiasiyası" və "Ticarət şəbəkələrinin inkişafı" Birliyi anlaşdı
Tramp: Netanyahuya nəyisə etməyi desəm, o, bunu edir
Çinin ixracının artm tempi gözləntilərdən daha güclü olub
Məhkəmə Trampın 100 min dollarlıq H-1B viza rüsumunu ləğv edib



























