Azərbaycanlı iş adamı İstanbulda öldürülüb
Azərbaycanlı iş adamı Etimad İsmayılov öldürülüb.
Türkiyə mətbuatı xəbər verir ki, iş adamı İstanbulun Florya məhəlləsində yerləşən ofisində silahlı hücuma məruz qalıb. O, ürəyindən bir və başından iki güllə yarası aldığından həyatını xilas etmək mümkün olmayıb.
İş adamını öldürməkdə şübhəli bilinən azərbaycanlı Gözəl Dəmirov həbs edilib. İsmayılov və Dəmirov arasında borc məsələsi olduğu iddia edilir.
Məlumat üçün bildirək ki, Gözəl Dəmirov 90-cı illərin əvvəllərində DİN-də idarə rəisi olub, Bakı Soyuducular Zavodunun direktorunun qardaşıdır, istefada olan polkovnikdir. Dəmirov haqda bunlar məlumdur ki, o, Türkiyədə iri biznesə malikdir, eyni zamanda Azərbaycanda biznesi var. Dəmirovun "Fənərbaxça" klubunun sabiq prezidenti Əziz Yıldırımla biznes əlaqələrinin olduğu da məlumdur.
Bir müddət əvvəl mətbuatda belə xəbərlər yayılmışdı ki, G. Gəmirova görə "Palmali" şirkətlər qrupununrəhbəri Mübariz Mənsimovu polis saxlayıb. Çünki G.Dəmirovun ona təşkil etdiyi silah gəzdirmə icazəsi saxta çıxıb.
Qeyd edək ki, mərhum Etimad İsmayılov Azərbaycan SSR Baş prokuroru və Azərbaycan Respublikasının ilk ədliyyə naziri, eks-millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğludur.
Etimad İsmayılov həmçinin məşhur jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
2 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 d. əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
-
1 saat əvvəl
Biləcəridə yeni fürsət: Tam təmirli 2 otaq studiya mənzillər satışa çıxdı
- 1 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazlara 51 investordan 51 sifariş
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan qanunvericiliyindən "lizinq" anlayışı çıxarılır
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırılıb
Ən çox oxunanlar
"Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir"
Azərbaycan-Latviya sənədləri mübadilə edilib
"akart"da yeni limitlər
Aprelin 23-də gözlənilən hava şəraiti




.jpg)
.jpg)









.jpg)










