Rabitəbank tələbələrə təqaüd verəcək!
(®) Rabitəbank Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində bu il tələbə adını qazanmış abituriyentlər üçün esse müsabiqəsi elan edir.
Müsabiqənin şərtlərinə uyğun olaraq 2018-ci ildə ali təhsil məktəblərinə qəbul olunmuş tələbələrin arasından 2 nəfər Rabitəbankın İdarə Heyəti tərəfindən seçilərək Rabitəbankın təyin etdiyi təqaüdlə təmin olunacaq və hər birinə təhsil aldığı müddətdə şəxsi istifadəsi üçün noutbuk hədiyyə olunacaq.
Müsabiqədə iştirak etmək istəyən bütün tələbələrdən “Sosial media və texnologiyaların yeni nəslin inkişafında rolu” mövzusunda esse yazmaları və şəxsi məlumatları ilə birgə təqdim etmələri tələb olunur. Bankın Rəhbərliyi tərəfindən seçilmiş iki ən uğurlu esse müsabiqənin qalibləri elan olunacaqlar.
Müsabiqədə iştirak üçün tələblər:
İştirakçı :
-650-dən çox bal toplamış olmalıdır;
-İqtisadi sahə üzrə hər hansı bir ixtisasın əyani bölməsinə qəbul olunmuş olmalıdır;
-“Sosial media və texnologiyaların yeni nəslin inkişafında rolu” mövzusunda esse (400 sözdən az və 1000 sözdən çox olmayaraq) hazırlamalı və [email protected] mail ünvanına göndərməlidir.
-Şəxsi məlumatlarını (Ad, Soyad, Təvəllüd, Qəbul imtahanında topladığı bal, Qəbul olunduğu ali məktəb və fakültə/ixtisas) esse ilə birlikdə təqdim etməlidir.
Esselər müvafiq elekton poçt ünvanına göndərildikdən sonra Rabitəbank müəyyən kriteriyalara əsasən seçim edir və qalibləri elan edir.
Qaliblərin hər birinə təqdim olunur:
Akademik təhsili boyunca aylıq 100 Azn Rabitəbank təqaüdü;
-Təqaüdün 4 il boyunca verilməsi nəzərdə tutulur, hər yarımillikdə təqaüdçülərdən universitetdən təsdiq olunmuş qiymətləndirmə cədvəli tələb olunur, ortalama qiyməti 100 üzərindən 85+ olduğu təqdirdə təqaüdün verilməsi davam etdirilir, əks halda ilkin olaraq bir yarımillik müddətində dayandırılır. Növbəti yarımillikdə tələbə tərəfindən yenidən 85+ göstəriciləri bərpa olunarsa, təaqüdün verilməsi də bərpa edilir. Ardıcıl olaraq 2 yarımillikdə tələbə 85+ bal göstəricilərini bərpa etməzsə, təqaüdün verilməsi birdəfəlik dayandırılır.
-Təqaüdçülərin bank tərəfindən müəyyən olunan zaman ərzində qiymətləndirmə cədvəlini təqdim etməməsi halında təqaüdün verilməsi birdəfəlik dayandırılır.
-Şəxsi istifadə üçün 600 Azn-ə qədər dəyərində 1 ədəd notebook.
Qeyd edək ki, müsabiqə üçün esselərin qəbuluna 11 sentyabr 2018-ci tarixindən start verilir və son qəbul tarixi 25 sentyabr 2018-ci il tarixidir. Hər bir iştirakçıya müsabiqədə uğurlar arzulayırıq və aktiv iştiraka dəvət edirik.
Əlavə məlumatı: http://bit.do/Rabitabank_teqaud
25 illik bank tarixinə sahib Rabitəbank ölkənin ən iri banklarından biri kimi 24 filial və bir şöbədən ibarət filial şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 13 milyard dolları keçib
- 8 saat əvvəl
-
9 saat əvvəl
56 manata sığortaladığı əkin sahəsinə görə 5600 manat ödəniş aldı
-
9 saat əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
10 saat əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
10 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
-
10 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
- 10 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Rusiya istehsalı “Baltika” yenidən Azərbaycanda
“Prime Cotton”ın ixracında güclü artım
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
Ən çox oxunanlar
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Azərbaycan Mərkəzi Bankı valyuta bazarına müdaxilə etdi - Bazardan 394 milyon dollar aldı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı

























